Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib

© Sputnik / Михаил МетцельRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 12.05.2023
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə keçirilən Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.
BAKI, 12 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
"Mən bu gün təklif edirəm ki, bugünkü şəraitdə bizim üçün xüsusi maraq kəsb edən bəzi beynəlxalq təşkilatlarda fəaliyyətimizi müzakirə edək", - Putin iclası açaraq deyib.
Daha sonra o, məruzə üçün Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrova söz verib.
Tədbir videokonfrans vasitəsilə keçirilib. Rusiyanın Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iclasda iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0