https://sputnik.az/20230511/pasinyan-brussel-gorusunden-imtina-etmek-niyyetinde-deyil-454732414.html
Paşinyan Brüssel görüşündən imtina etmək niyyətində deyil
Paşinyan Brüssel görüşündən imtina etmək niyyətində deyil
Sputnik Azərbaycan
Ermənistan Baş naziri bildirib ki, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı azdır. 11.05.2023, Sputnik Azərbaycan
2023-05-11T12:10+0400
2023-05-11T12:10+0400
2023-05-11T12:37+0400
nikol paşinyan
siyasət
sülh sazişi
sülh
prezident ilham əliyev
brüssel
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:80:2594:1539_1920x0_80_0_0_af18790f06e5cb07ebee2322b918561c.jpg
BAKI, 11 may — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil. O, hökumətin iclasında sərhəddə baş verənlərlə bağlı danışarkən deyib. Bununla yanaşı, o hesab edir ki, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı azdır, çünki sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ ibtidai mərhələdədir: "Onu imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim mqəsədimiz var ki, sənədi mümkün qədər tez hazırlayıb imzalayaq". Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında bundan əvvəl Vaşinqtonda danışıqlar aparılıb, müzakirələr 4 gün davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib. Paşinyanla Əliyev arasında növbəti görüş Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:0:2157:1618_1920x0_80_0_0_3eff6c2b413887175db86bea3086765a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, sülh sazişi, sülh, prezident ilham əliyev, brüssel
nikol paşinyan, sülh sazişi, sülh, prezident ilham əliyev, brüssel
Paşinyan Brüssel görüşündən imtina etmək niyyətində deyil
12:10 11.05.2023 (Yenilənib: 12:37 11.05.2023) Ermənistan Baş naziri bildirib ki, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı azdır.
BAKI, 11 may — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil. O, hökumətin iclasında sərhəddə baş verənlərlə bağlı danışarkən deyib.
Bununla yanaşı, o hesab edir ki, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı azdır, çünki sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ ibtidai mərhələdədir:
"Onu imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim mqəsədimiz var ki, sənədi mümkün qədər tez hazırlayıb imzalayaq".
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında bundan əvvəl Vaşinqtonda danışıqlar aparılıb, müzakirələr 4 gün davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib. Paşinyanla Əliyev arasında növbəti görüş Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçiriləcək.