https://sputnik.az/20230510/lavrov-turkiye-ve-suriya-arasinda-normallasma-prosesi-ucun-yol-xeritesini-aciqladi-454708016.html
Lavrov Türkiyə və Suriya arasında normallaşma prosesi üçün yol xəritəsini açıqladı
Lavrov Türkiyə və Suriya arasında normallaşma prosesi üçün yol xəritəsini açıqladı
Sputnik Azərbaycan
Moskva xarici işlər nazirlərinin növbəti görüşü üçün ekspertlərə Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair yol xəritəsi layihəsinin... 10.05.2023, Sputnik Azərbaycan
2023-05-10T16:53+0400
2023-05-10T16:53+0400
2023-05-10T16:53+0400
sergey lavrov
rusiya
türkiyə
suriya
iran
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221423_0:0:3072:1728_1920x0_80_0_0_b7ad5a23b9fe4004636ec4f3086eaf99.jpg
BAKI, 10 may — Sputnik. Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsində təhlükəsizlik məsələləri və Suriya hökumətinin ölkənin bütün ərazisi üzərində nəzarətinin bərpası yer almalıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Bu yol xəritəsi razılaşan tərəflərin – Suriya və Türkiyənin onlar üçün prioritet mövzular üzrə mövqelərini aydın şəkildə müəyyən etməyə imkan verməlidir. Bu da Suriya hökumətinin ölkənin bütün ərazisi üzərində nəzarəti bərpa etməsi məsələsinin həllini nəzərdə tutur. Türkiyə ilə 950 kilometrlik sərhədin etibarlı təhlükəsizliyinin təmin edilməsi, sərhədyanı ərazilərə hücumların, terrorçuların sızma ehtimalının aradan qaldırılması bura daxildir", - Lavrov Moskvada İran, Türkiyə və Suriya XİN rəhbərləri ilə görüşündə deyib. Onun sözlərinə görə, Moskva xarici işlər nazirlərinin növbəti görüşü üçün ekspertlərə Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair yol xəritəsi layihəsinin hazırlanmasını təklif edib ki, bu da daha sonra danışıqlarda iştirak edən dövlət başçılarına təqdim oluna bilər. O əlavə edib ki, bütün tərəflər suverenliyi, ərazi bütövlüyünü, müstəqilliyi dəstəkləyir, həmçinin görüşün BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğunluğu ilə bağlı vahid mövqe ifadə edir. Lavrov həmçinin Türkiyə ilə Suriya arasında nəqliyyat və logistika əlaqələrinin bərpası və ticarət-iqtisadi əməkdaşlığın bərpası məsələsinin öyrənilməsinin vacibliyinə işarə edib. Qaçqınlar məsələsi Rusiya diplomatiyasının rəhbərinin sözlərinə görə, qaçqınların və məcburi köçkünlərin Suriyadakı daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasına köməklik etmək, eləcə də onlara dəstək hüququnu təmin etmək prosesdə iştirak edən ölkələr üçün əsas prinsiplərdən biridir. Eyni zamanda, Lavrov qeyd edib ki, Avropa İttifaqı iyunun 15-də Suriya üzrə donor konfransı çağırır və bunun nəticəsində yığılan vəsaitin böyük hissəsi qaçqın düşərgələrinin saxlanmasına yönəldiləcək. Astana formatı Rusiya XİN rəhbəri vurğulayıb ki, Astana formatının qarant ölkələri Suriya-Türkiyə normallaşma prosesinin təkcə Suriya ətrafındakı vəziyyətə deyil, həm də bütövlükdə Yaxın Şərq regionunda ümumi atmosferə müsbət təsir göstərəcəyinə əmindir. O, dördtərəfli görüşün əhəmiyyətini qeyd edərək, ölkələrin ardıcıl olaraq bu nəticəyə doğru irəlilədiyini bildirib. "Müvafiq olaraq, bu vəziyyət hamımız üçün əhəmiyyətli olan Astana formatı üçün yeni perspektivlər və imkanlar açır", - Lavrov əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454221423_341:0:3072:2048_1920x0_80_0_0_180531cee15dc6ecb6103bdd79049381.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, türkiyə, suriya, iran
sergey lavrov, türkiyə, suriya, iran
Lavrov Türkiyə və Suriya arasında normallaşma prosesi üçün yol xəritəsini açıqladı
Moskva xarici işlər nazirlərinin növbəti görüşü üçün ekspertlərə Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair yol xəritəsi layihəsinin hazırlanmasını təklif edib.
BAKI, 10 may — Sputnik. Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsində təhlükəsizlik məsələləri və Suriya hökumətinin ölkənin bütün ərazisi üzərində nəzarətinin bərpası yer almalıdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bu yol xəritəsi razılaşan tərəflərin – Suriya və Türkiyənin onlar üçün prioritet mövzular üzrə mövqelərini aydın şəkildə müəyyən etməyə imkan verməlidir. Bu da Suriya hökumətinin ölkənin bütün ərazisi üzərində nəzarəti bərpa etməsi məsələsinin həllini nəzərdə tutur. Türkiyə ilə 950 kilometrlik sərhədin etibarlı təhlükəsizliyinin təmin edilməsi, sərhədyanı ərazilərə hücumların, terrorçuların sızma ehtimalının aradan qaldırılması bura daxildir", - Lavrov Moskvada İran, Türkiyə və Suriya XİN rəhbərləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Moskva xarici işlər nazirlərinin növbəti görüşü üçün ekspertlərə Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair yol xəritəsi layihəsinin hazırlanmasını təklif edib ki, bu da daha sonra danışıqlarda iştirak edən dövlət başçılarına təqdim oluna bilər.
O əlavə edib ki, bütün tərəflər suverenliyi, ərazi bütövlüyünü, müstəqilliyi dəstəkləyir, həmçinin görüşün BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğunluğu ilə bağlı vahid mövqe ifadə edir.
Lavrov həmçinin Türkiyə ilə Suriya arasında nəqliyyat və logistika əlaqələrinin bərpası və ticarət-iqtisadi əməkdaşlığın bərpası məsələsinin öyrənilməsinin vacibliyinə işarə edib.
Rusiya diplomatiyasının rəhbərinin sözlərinə görə, qaçqınların və məcburi köçkünlərin Suriyadakı daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasına köməklik etmək, eləcə də onlara dəstək hüququnu təmin etmək prosesdə iştirak edən ölkələr üçün əsas prinsiplərdən biridir.
Eyni zamanda, Lavrov qeyd edib ki, Avropa İttifaqı iyunun 15-də Suriya üzrə donor konfransı çağırır və bunun nəticəsində yığılan vəsaitin böyük hissəsi qaçqın düşərgələrinin saxlanmasına yönəldiləcək.
Rusiya XİN rəhbəri vurğulayıb ki, Astana formatının qarant ölkələri Suriya-Türkiyə normallaşma prosesinin təkcə Suriya ətrafındakı vəziyyətə deyil, həm də bütövlükdə Yaxın Şərq regionunda ümumi atmosferə müsbət təsir göstərəcəyinə əmindir.
O, dördtərəfli görüşün əhəmiyyətini qeyd edərək, ölkələrin ardıcıl olaraq bu nəticəyə doğru irəlilədiyini bildirib.
"Müvafiq olaraq, bu vəziyyət hamımız üçün əhəmiyyətli olan Astana formatı üçün yeni perspektivlər və imkanlar açır", - Lavrov əlavə edib.