NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti beş faiz ucuzlaşıb

© AP Photo / Baderkhan Ahmadneft
neft - Sputnik Azərbaycan, 1920, 04.05.2023
Abunə olmaq
“Brent” markalı neftin iyul fyuçersləri 72,33 ABŞ dolları olub.
BAKI, 4 may — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,94 ABŞ dolları, yaxud 4,98% azalaraq 75,10 ABŞ dolları təşkil edib.
Belə ki, ötəngünkü hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 72,33 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Xəbər lenti
0