https://sputnik.az/20230503/turkiye-rusiya-ve-ukrayna-numayendeleri-stanbulda-gorusecekler-454422308.html
Türkiyə, Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər
Türkiyə, Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər
Sputnik Azərbaycan
Türkiyənin milli müdafiə naziri bildirib ki, Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinləri mayın 5-i İstanbulda görüşməyi planlaşdırırlar. 03.05.2023, Sputnik Azərbaycan
2023-05-03T10:33+0400
2023-05-03T10:33+0400
2023-05-03T10:33+0400
rusiya
taxıl
saziş
rusiya
ukrayna
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333091_0:160:3073:1889_1920x0_80_0_0_a064fc18e05b07ec191d4db5ae4c0059.jpg
BAKI, 3 may — Sputnik. Mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin "taxıl sazişi"ni müzakirə etmək üçün görüşü planlaşdırılıb. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 2023-cü il martın 18-dən Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333091_171:0:2902:2048_1920x0_80_0_0_89064b48f5eaaba486d520515e03f222.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, saziş, rusiya, ukrayna, türkiyə
taxıl, saziş, rusiya, ukrayna, türkiyə
Türkiyə, Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər
Türkiyənin milli müdafiə naziri bildirib ki, Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinləri mayın 5-i İstanbulda görüşməyi planlaşdırırlar.
BAKI, 3 may — Sputnik. Mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin "taxıl sazişi"ni müzakirə etmək üçün görüşü planlaşdırılıb. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
"Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinləri mayın 5-i İstanbulda görüşməyi planlaşdırırlar. Görüş zamanı bəzi məsələlər, xüsusən də taxıl sazişi müzakirə olunacaq. Ümid edirik ki, "taxıl sazişi" heç bir problem olmadan davam edəcək. Çünki bu razılaşma həm bölgədə sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox əhəmiyyətlidir. Bu kontekstdə deyə bilərik ki, tərəflər üçün bu müddətin uzadılması əlverişlidir. Arzumuz bu müddətin uzadılmasıdır. Bu təşəbbüs heç bir problem olmadan həyata keçirilir", - deyə Akar bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 2023-cü il martın 18-dən Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.