https://sputnik.az/20230502/formula-1-ile-elaqedar-baglanan-yollar-acilib-454384139.html
Formula-1 ilə əlaqədar bağlanan yollar açılıb
Formula-1 ilə əlaqədar bağlanan yollar açılıb
Sputnik Azərbaycan
Araz Əsgərli bildirib ki, Neftçilər prospekti, Zərifə Əliyeva və İstiqlaliyyət küçələrində maneələr götürülür. 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T10:39+0400
2023-05-02T10:39+0400
2023-05-02T10:55+0400
formula-1
paytaxt xəbərləri
yol
bakı
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454331762_0:103:2000:1228_1920x0_80_0_0_a55c4533bbbde98c2aa98d21e1b0c011.jpg
BAKI, 2 may — Sputnik. Bu gün səhər saat 8:00-dan etibarən Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa edilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, ilkin olaraq Neftçilər prospekti, Zərifə Əliyeva və İstiqlaliyyət küçələrində maneələr götürülür. "Bu gün və sabah yol ayrıclarında quraşdırılmış bütün maneələr götürüləcək. Maneələrin aradan qaldırılması sürətlə davam etdirilir. Digər avadanlıqlar da mərhələli şəkildə söküləcək. Üç gün ərzində bütün maneələr söküləcək", - deyə A.Əsgərli qeyd edib. Qeyd edək ki, Formula-1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutub. 24 aprel gecǝ 01:00-dan etibarən isə Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454331762_113:0:1888:1331_1920x0_80_0_0_6461279c23cd5bef099145bd646f204f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
formula-1, yol, bakı
Formula-1 ilə əlaqədar bağlanan yollar açılıb
10:39 02.05.2023 (Yenilənib: 10:55 02.05.2023) Araz Əsgərli bildirib ki, Neftçilər prospekti, Zərifə Əliyeva və İstiqlaliyyət küçələrində maneələr götürülür.
BAKI, 2 may — Sputnik. Bu gün səhər saat 8:00-dan etibarən Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa edilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, ilkin olaraq Neftçilər prospekti, Zərifə Əliyeva və İstiqlaliyyət küçələrində maneələr götürülür.
"Bu gün və sabah yol ayrıclarında quraşdırılmış bütün maneələr götürüləcək. Maneələrin aradan qaldırılması sürətlə davam etdirilir. Digər avadanlıqlar da mərhələli şəkildə söküləcək. Üç gün ərzində bütün maneələr söküləcək", - deyə A.Əsgərli qeyd edib.
Qeyd edək ki, Formula-1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutub. 24 aprel gecǝ 01:00-dan etibarən isə Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.