https://sputnik.az/20230502/azerbaycanda-qizilca-ile-bagli-veziyyet-necedir-454366709.html
Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir?
Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir?
Sputnik Azərbaycan
Hazırda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da 11 yoluxucu xəstəliyə, o cümlədən qızılcaya bütün uşaqları əhatə edən planlı... 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T08:02+0400
2023-05-02T08:02+0400
2023-05-02T08:02+0400
qızılca
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/42365/41/423654145_0:136:2949:1794_1920x0_80_0_0_56ca33b4b1128c7a44a7a4e31a4292e1.jpg
BAKI, 2 may — Sputnik. Azərbaycanda son illər yoluxucu xəstəliklərin qarşısının alınması və onlara qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində epidemioloji sabitlik təmin edilib. Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirib. Qeyd edilib ki, 2019-cu ilin iyul ayından indiyədək Azərbaycanda qızılcaya yoluxma halı qeydə alınmayıb. "Hazırda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da 11 yoluxucu xəstəliyə, o cümlədən qızılcaya bütün uşaqları əhatə edən planlı peyvəndləmə aparılır. Bundan əlavə, aprelin 24-dən aprelin 29-dək respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçirilib", - sorğuya cavabda qeyd edilib. Qızılca qədim zamanlardan mövcud olan və yoluxucu xəstəliklər arasında ən yüksək yoluxuculuğa malik olan xəstəlikdir. Həmin xəstəliyi ömrümüz boyunca ya keçirtməliyik, ya da ona qarşı peyvənd olunmalıyıq. Yəni ya ona qarşı uşaqlıqda vaksin vurduraraq immunitet qazanmalıyıq, ya da yoluxmalıyıq. Virusların genetik dəyişikliyə məruz qalma kimi xüsusiyyəti var. Qızılca da virus xəstəliyi olsa da, müsbət cəhəti odur ki, ona genetik dəyişikliklər xas deyil. Ona görə də xəstəliyə yoluxanda, ya da ona qarşı vaksinasiyadan keçəndə ömürlük immunitet qazanmaq mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42365/41/423654145_0:0:2729:2047_1920x0_80_0_0_4bda1de2fb3edf38b11d880e0b72d491.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qızılca
Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir?
Hazırda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da 11 yoluxucu xəstəliyə, o cümlədən qızılcaya bütün uşaqları əhatə edən planlı peyvəndləmə aparılır.
BAKI, 2 may — Sputnik. Azərbaycanda son illər yoluxucu xəstəliklərin qarşısının alınması və onlara qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində epidemioloji sabitlik təmin edilib.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirib.
Qeyd edilib ki, 2019-cu ilin iyul ayından indiyədək Azərbaycanda qızılcaya yoluxma halı qeydə alınmayıb.
"Hazırda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da 11 yoluxucu xəstəliyə, o cümlədən qızılcaya bütün uşaqları əhatə edən planlı peyvəndləmə aparılır. Bundan əlavə, aprelin 24-dən aprelin 29-dək respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçirilib", - sorğuya cavabda qeyd edilib.
Qızılca qədim zamanlardan mövcud olan və yoluxucu xəstəliklər arasında ən yüksək yoluxuculuğa malik olan xəstəlikdir. Həmin xəstəliyi ömrümüz boyunca ya keçirtməliyik, ya da ona qarşı peyvənd olunmalıyıq. Yəni ya ona qarşı uşaqlıqda vaksin vurduraraq immunitet qazanmalıyıq, ya da yoluxmalıyıq. Virusların genetik dəyişikliyə məruz qalma kimi xüsusiyyəti var. Qızılca da virus xəstəliyi olsa da, müsbət cəhəti odur ki, ona genetik dəyişikliklər xas deyil. Ona görə də xəstəliyə yoluxanda, ya da ona qarşı vaksinasiyadan keçəndə ömürlük immunitet qazanmaq mümkündür.