Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sel sularının Tərtərə vurduğu ziyan müəyyənləşib

© Sputnik / Rahim MuradovSel suları, arxiv şəkli
Sel suları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Ötən gün saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonuna dəymiş ziyan barədə ilkin məlumat hesablanıb.
BAKI, 1 may — Sputnik. Ötən gün sel sularının Tərtər rayonu ərazisində vurduğu ziyan müəyyənləşib.
Bu barədə rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Bildirilib ki, ötən gün saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonuna dəymiş ziyan barədə ilkin məlumat hesablanıb.
Qeyd edilib ki, rayonun Dəmirçilər kəndində vətəndaşlara məxsus 70 fərdi yaşayış evinin həyətini su basıb, 16 hektar buğda, 15 hektar arpa, 3 hektar pambıq, 5 hektar günabaxan, 30 hektar yonca sahəsinə ağır və orta dərəcədə ziyan dəyib.
Həmçinin vurğulanıb ki, Ağkənd kəndində vətəndaşlara məxsus 40 fərdi yaşayış evinin həyətini su basıb, 23 hektar buğda, 25 hektar arpa, 7 hektar günabaxan, 20 hektar yonca sahəsinə ağır və orta dərəcədə ziyan dəyib.
Xəbər lenti
0