CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis qanunsuz saxlanılan odlu silahları aşkarladı

© Sputnik / Murad OrujovDİN əməkdaşları
DİN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 01.05.2023
Abunə olmaq
Müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
BAKI, 1 may — Sputnik. Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat bildirilib.
Qeyd edilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.
Xəbər lenti
0