Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xerson ətrafındakı Ukrayna haubitsaları məhv edildi

© AP Photo / LIBKOSUkrayna ordusu
Ukrayna ordusu - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Agentliyin həmsöhbətinin sözlərinə görə, Ukrayna hərbçiləri bu silahlardan Dnepr çayının sol sahilindəki şəhərlərə hücum etmək üçün istifadə ediblər.
BAKI, 30 aprel - Sputnik. Aprelin 30-na keçən gecə Rusiya artilleriyaçiləri Xerson yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus olan “Qvozdika” və “Akasiya” özüyeriyən haubitsalarını məhv etməyə nail olublar. Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Ukrayna hərbçiləri bu silahlardan Dnepr çayının sol sahilindəki şəhərlərə hücum etmək üçün istifadə ediblər.
“Gecə saatlarında Qonçarno kəndi ərazisində beş nəfərdən ibarət ekipaj və döyüş sursatları ilə birlikdə 122 mm-lik 2S1 “Qvozdika” özüyeriyən silahı artilleriya atəşi ilə məhv edilib”, - məlumatda deyilir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 55 əsgərinin və ABŞ-ın M777 haubitsasının Xerson istiqamətində məhv edildiyini açıqlamışdı.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0