Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya səfirliyi məktəb binasının zorla ələ keçirilməsinə etiraz edəcək - səfir

© Sputnik / Владимир ТрефиловRusiyanın Polşadakı səfiri Sergey Andreyev , arxiv şəkli
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev , arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2023
Abunə olmaq
Məktəbin Rusiya diplomatik missiyasının digər binasının ərazisində fəaliyyətini davam etdirəcəyi bildirilir.
BAKI, 30 aprel - Sputnik. Rusiya səfirliyi çərşənbə axşamı Varşavada məktəb binasının zorla ələ keçirilməsinə etiraz edəcək. Bunu RİA Novosti-yə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bildirib.
Xatırladaq ki, şənbə günü Varşavada yerli hakimiyyət orqanları və polis Rusiya səfirliyinə bağlı məktəbə daxil olaraq qapını sındırıblar.
Məktəb kollektivi Polşa tərəfinin tələbi ilə binanı tərk etmək məcburiyyətində qalıb.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Varşavanın “belə həyasız” addımı “bizim sərt reaksiyamız və Polşa hakimiyyəti və Polşanın Rusiyadakı maraqları üçün nəticələrsiz qalmayacaq”.
Səfir daha əvvəl bildirmişdi ki, məktəb Rusiya diplomatik missiyasının digər binasının ərazisində fəaliyyətini davam etdirəcək.

“Biz bunu (etirazı – red.), görünür ki, çərşənbə axşamı elan edəcəyik”, - deyə səfir bildirib.

O, Polşada dövlət qurumlarının yalnız mayın 2-də işini bərpa edəcəyinə aydınlıq gətirib.
“Bu gün onu təqdim etmək üçün heç bir yer də yoxdur”, - deyə səfir izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0