https://sputnik.az/20230430/bakida-formula-2-uzre-esas-sprint-yarisina-start-verilib-454308433.html
Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verilib
Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verilib
Sputnik Azərbaycan
Aprelin 29-da keçirilən birinci sprint yarışda isə “Preme Racing”in britaniyalı pilotu O.Berman qalib olub. 30.04.2023, Sputnik Azərbaycan
2023-04-30T11:30+0400
2023-04-30T11:30+0400
2023-04-30T11:30+0400
paytaxt xəbərləri
formula 2
bakı
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454302593_0:104:2000:1229_1920x0_80_0_0_7dea61db0012540beb7500a8e6a3d385.jpg
BAKI, 30 aprel - Sputnik. Aprelin 30-da Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verilib.Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-də keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub.“Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar.Aprelin 29-da keçirilən birinci sprint yarışda isə “Preme Racing”in britaniyalı pilotu O.Berman qalib olub. Onun komanda yoldaşı Frederik Vesti ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə qərarlaşıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454302593_112:0:1889:1333_1920x0_80_0_0_1a122f88718ee63060d5a4da0fd5c6e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
formula 2, bakı
Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verilib
Aprelin 29-da keçirilən birinci sprint yarışda isə “Preme Racing”in britaniyalı pilotu O.Berman qalib olub.
BAKI, 30 aprel - Sputnik. Aprelin 30-da Bakıda Formula 2 üzrə əsas sprint yarışına start verilib.
Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-də keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub.
“Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar.
Aprelin 29-da keçirilən birinci sprint yarışda isə “Preme Racing”in britaniyalı pilotu O.Berman qalib olub. Onun komanda yoldaşı Frederik Vesti ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə qərarlaşıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.