DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ və Ukraynanı tamah birləşdirir

© AP Photo / J. Scott ApplewhiteABŞ və Ukrayna bayraqları
ABŞ və Ukrayna bayraqları - Sputnik Azərbaycan, 1920, 29.04.2023
Abunə olmaq
Pentaqonun keçmiş rəhbəri bildirib ki, Ukraynadakı münaqişə Ağ Ev üçün o qədər gəlirli biznesə çevrilib ki, o, bu məsələni tezliklə həll etməyə hələ hazır deyil.
BAKI, 29 aprel — Sputnik. Ukrayna və ABŞ-ın siyasi və hərbi liderlərini münaqişədən qazanc əldə etmək hərisliyi birləşdirir.
Bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "Judging Freedom" "YouTube" kanalına müsahibəsində bildirib.
"Amerika hökuməti ilə Kiyev rejimini birləşdirən yeganə şey tamahdır", - deyə polkovnik vurğulayıb.
Onun fikrincə, Ukraynadakı münaqişə Ağ Ev üçün o qədər gəlirli biznesə çevrilib ki, o, bu məsələni tezliklə həll etməyə hələ hazır deyil.
Eyni zamanda Makqreqor ABŞ-ın həm silah istehsalı və daşınmasından, həm də Ukrayna hərbçilərinin təlimindən gəlir götürdüyünə diqqət çəkib.
Bundan əvvəl "The Washington Post"un köşə yazarı Devid İqneyşes də ABŞ rəsmilərinin USQ hücumunun uğuruna inanmadığını bildirib.
Xəbər lenti
0