Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Formula 1": Azərbaycan Qran-prisində sıralama turunun qalibi Şarl Lekler olub

© Sputnik / Murad OrujovВ Баку идет подготовка к Формулы-1 Гран-при Азербайджана 2023
В Баку идет подготовка к Формулы-1 Гран-при Азербайджана 2023 - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Bugünkü sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.
BAKI, 28 aprel - Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci pillədə bitirib.
"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub.
"Ferrari"nin digər sürücüsü Karlos Saynz və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.
2021 və 2022-ci ildə də birinci yeri tutan Şarl Lekler ardıcıl üçüncü dəfə sıralama turunda lider olub.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu davam edir. "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci sessiyanın ardından liderliyi ələ keçirib.
Bu dəfə "Mercedes"dən Corc Rassell, "Alpin"dən Esteban Okon, "Williams"dan Aleksandr Albon, "Alfa Romeo"dan Valtteri Bottas və Albonun komanda yoldaşı Loqan Sarjent mübarizəni dayandırmalı olublar.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu davam edir. "Ferrari" pilotu Şarl Lekler ilk sessiyanı birinci pillədə başa vurub.
"Alfa Romeo"dan Cou Quanju, "Haas"dan Niko Hulkenberq, onun komanda yoldaşı Kevin Maqnussen, "Alpin"dən Pyer Qasli və "Alfa Tauri"dən Nik de Vris mübarizəni dayandırmalı olublar.
Bundan əvvəl yarış "Alpin" komandasından Pyer Qaslinin qəza törətməsi səbəbindən dayandırılmışdı.
***
"Alpin" komandasından Pyer Qasli "Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti dəfə uğursuzluqla üzləşib. Sıralama turunda fransalı sürücü üçüncü döngədə qəza törədib.
Nəticədə qırmızı bayraq qaldırılıb və pilot mübarizəni sonadək davam etdirə bilməyib.
Qeyd edək ki, Qaslinin avtomobili sərbəst yürüşdə yanmışdı.
Bundan əvvəl yarış "Alfa Tauri"dən Nik de Vrisin qəza törətməsi səbəbindən dayandırılmışdı.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
Yarış saat 17:00-da start götürüb.
Bugünkü sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib. "Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.
Qeyd edək ki, aprelin 29-da "Formula 1"də sprint, aprelin 30-da isə əsas yarış təşkil olunacaq.
Azərbaycan Qran-prisinədək "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, "Aston Martin"in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. "Mercedes"dən britaniyalı Lüis Hemilton 64 xalla dördüncü, Alonsonun "Ferrari"dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.
Konstruktorlar kubokunda "Red Bull" 123 xalla birinci, "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü yerdədir.
Maks Ferstappen - Sputnik Azərbaycan, 1920, 28.04.2023
İDMAN
"Formula 1": Ferstappen sərbəst yürüşü birinci pillədə başa vurub
Xəbər lenti
0