CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazir fövqəladə hallarla bağlı qərar imzalayıb

© SputnikƏli Əsədov
Əli Əsədov  - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Baş nazir Əli Əsədov "Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası"nı təsdiq edib.
BAKI, 28 aprel — Sputnik. Nazirlər Kabineti "Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası"nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyi nomenklaturası təsdiq edilmiş fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının yaradılmasının cari ildə maliyyələşdirilməsinə dair təkliflərini hökumətə təqdim etməli, Dövlət Ehtiyatları Agentliyi bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Xəbər lenti
0