Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin Baydeni "Şimal axını"ndakı terror aktında ittiham edib

© AP Photo / Abbie ParrCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Bundan əvvəl Bayden "başladığı işi başa çatdırmaq" üçün ikinci müddətə namizədliyini irəli sürdüyünü rəsmən bildirib.
BAKI, 27 aprel — Sputnik. "Şimal axını"ndakı terror aktı, Ukraynada dinc əhalinin soyqırımı və Avropa iqtisadiyyatının məhvi ABŞ Prezidenti Co Baydenin cinayətləridir. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib.
Bundan əvvəl Bayden "başladığı işi başa çatdırmaq" üçün ikinci müddətə namizədliyini irəli sürdüyünü rəsmən bildirib.
© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Председатель Государственной Думы РФ Вячеслав Володин - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Baydenin 2024-cü il prezidentlik yarışında iştirakı ilə bağlı açıqlamalarına münasibət bildirən Volodin qeyd edib ki, buna səbəb ABŞ-ın hazırkı rəhbərinin yuxarıda sadaladığı cinayətlərinə görə məsuliyyətdən yayınmaq istəyidir.

"Baydenin cinayətlərinin heç də tam olmayan siyahısı: "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinə terror hücumunun təşkili, bütün dünyada hərbi bioloji laboratoriyaların yaradılması, onun ailəsinin Ukraynadakı korrupsiyalaşmış biznesi, Avropa iqtisadiyyatının darmadağın edilməsi, Ukrayna və Rusiya Federasiyasında dinc əhalinin soyqırımı, Ukraynadakı müharibənin səbəbkarı",– deyə Volodin özünün "Telegram" kanalında yazıb.

Partlayışlar 2022-ci il sentyabrın 26-da Rusiyanın Avropaya iki ixrac qaz kəmərində - "Şimal axını" "Şimal axını 2"də eyni zamanda baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər.
"Şimal axını"nın operatoru olan "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib. Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.
Amerikalı jurnalist, "Pulitzer" mükafatı laureatı Seymur Herş fevralın 8-də "Şimal axını" partlayışları ilə bağlı araşdırmasını dərc edib. Həmin araşdırmada o, mənbəyə istinadən bildirib ki, Rusiya qaz kəmərləri altında partlayıcı qurğular 2022-ci ilin iyun ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən "Baltops" təlimləri bəhanəsi ilə norveçli mütəxəssislərin dəstəyi ilə qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0