SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib - Ceyhun Bayramov

© Photo : MFA AzerbaijanCeyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna görüş zamanı
Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna görüş zamanı - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Azərbaycan XİN rəhbəri vurğulayıb ki, Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yaxşı bilən, ən fəal rolu olan tərəfdir.
BAKI, 27 aprel — Sputnik. Xanım nazir çıxışı zamanı dedi ki, Fransa Azərbaycan tərəfindən atılan birtərəfli addımları qəbul etmir. Digər tərəfdən isə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad da eşitdik. Bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

"Birincisi, Azərbaycanın atdığı birtərəfli addıma gəldikdə, öz konstitusiyasına uyğun olaraq, öz ərazisində addım atıb. Bu addımından iki il yarım öncə hər kəsə problemin mahiyyətini deyib. Bu illər ərzində Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəldikdə isə, bayaq dediyimiz o 3 istiqamət üzrə Laçın yolu hər zaman açıqdır", - nazir vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan sülh prosesinə və sazişinə inanmasaydı, bunun təşəbbüskarı olmazdı.

"Bu çağırış 2020-ci ilin yanvarında cənab Prezident tərəfindən edilib. Sülh sazişi istiqamətində növbəti addımlar da məhz bizim tərəfimizdən edilib. Biz təbii ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk. Ən azından, bunlardan sonra Ermənistan yenidən prosesə döndüyünü bəyan edib. Növbəti danışıqların keçirilməsi prosesin çox önəmli növbəti mərhələsi və addımıdır. Biz bu prosesi dəstəkləyirik, alqışlayırıq. Azərbaycan sülh prosesində iştirak edəcək, irəli aparılması üçün əlindən gələni etməyə hazırdır", - nazir qeyd edib.

Azərbaycan XİN rəhbəri vurğulayıb ki, Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yaxşı bilən, ən fəal rolu olan tərəfdir.

"Vətən müharibəsinə qədər danışıqlar prosesinin vasitəçilərinin çağırışlarla Ermənistana təzyiq edəcəyi ilə bağlı Azərbaycanın müəyyən gözləntisi var idi. Uzunmüddətli gözləntilər sonradan məyusluğa çevrildi. Bizim tərəfimizdən qaldırılan məsələlərin cavabı həmişə o idi ki, siz bizi başa düşməlisiniz, bizim vasitəçi rolumuz və funksiyamız var, biz bir çərçivə yaratmalı və Ermənistanı Azərbaycanla danışıqlara və birbaşa təmaslara təşviq etməliyik, bunun nəticəsində də sülhə nail olmalıyıq. Yəni, təcavüz edən ölkə ilə təcavüzə məruz qalan ölkə arasında, bir növ, bərabərlik işarəsi qoyulurdu. Bütün bunlara baxmayaraq, Azərbaycan bu məsələsə təmkinlə yanaşırdı. Amma bu gün biz bir sıra hallarda fərqli davranışları görürük", - nazir əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0