NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft qiymətlərində bahalaşma müşahidə olunur

© AFP 2024 / GIHAD DARWISHNeft buruqları
Neft buruqları - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
ABŞ Mərkəzi Bankı bu həftə məşğulluq, inflyasiya və istehlak xərcləri ilə bağlı ən son hesabatları may ayında keçiriləcək iclasından əvvəl nəzərdən keçirəcək.
BAKI, 26 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,61 dollar artaraq 81,38 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,68 dollar bahalaşaraq 77,75 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan neftinin qiyməti 1,86 dollar azalaraq 84,4 dollar olub.
Qeyd edək ki, bu gün neft qiymətlərində bahalaşma müşahidə olunur. Dünən qlobal iqtisadiyyatda tənəzzül narahatlığı ilə qiymətlər düşmüşdü.
İqtisadi yavaşlamanın bu il neft tələbini kəskin şəkildə azaldacağı ilə bağlı narahatlığa səbəb olub. Bazar "OPEC plyus"un bu ayın əvvəlində qəfildən hasilatı azaltması ilə bağlı əldə etdiyi qazancların əksəriyyətini artıq itirib.
ABŞ Mərkəzi Bankı bu həftə ABŞ-da məşğulluq, inflyasiya və istehlak xərcləri ilə bağlı ən son hesabatları may ayında keçiriləcək iclasından əvvəl nəzərdən keçirəcək. Bu, investorlara Amerika iqtisadiyyatının gücünü ölçməyə kömək edəcək. Həmçinin, dünyanın ən böyük neft şirkətlərindən bəziləri cümə günü birinci rübün mənfəətləri barədə hesabat verəcəklər.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Xəbər lenti
0