DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı seçkilərdə səs verə biləcək

© Sputnik / Sertaç KayaTürkiyədə seçkilər
Türkiyədə seçkilər - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq.
BAKI, 26 aprel — Sputnik. Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri zamanı Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı səs verə biləcək.
Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanda 3 seçki məntəqəsində Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik 11 036 nəfər Türkiyədə keçiriləcək prezident seçkilərində səs verə biləcək.
Xatırladaq ki, bir müddət əvvəl YSK 75 ölkədə 156 nümayəndəlikdə vətəndaşların səs verə biləcəyi və builki seçkilərdə 15 yeni ölkədə seçki qutularının qurulması qərarını qəbul edib.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır.
"Cümhur İttifaqı"na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata" ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Xəbər lenti
0