https://sputnik.az/20230425/prezident-lham-eliyevin-bolqaristana-isguzar-seferi-basa-catib-454125379.html
Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri başa çatıb
Sputnik Azərbaycan
Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar. 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T18:22+0400
2023-04-25T18:22+0400
2023-04-25T18:22+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
bolqarıstan
səfər
görüş
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437672288_149:250:1814:1187_1920x0_80_0_0_b2b4260c685940fd81c70833f349e2c8.jpg
BAKI, 25 aprel — Sputnik. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar. *** Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub. Prezident Rumen Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və "Həmrəylik Halqası" STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib. Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığını bildirib. Görüşdə "Həmrəylik Halqasi" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulanıb. Söhbət zamanı siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437672288_405:260:1640:1187_1920x0_80_0_0_a100ccfbb126d048c227c8c2aefa3516.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, bolqarıstan, səfər, görüş
prezident ilham əliyev, bolqarıstan, səfər, görüş
Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar.
BAKI, 25 aprel — Sputnik. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar.
Aprelin 25-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.
Prezident Rumen Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və "Həmrəylik Halqası" STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığını bildirib.
Görüşdə "Həmrəylik Halqasi" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulanıb.
Söhbət zamanı siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.