https://sputnik.az/20230420/dyp-ramazan-bayrami-ile-elaqedar-muraciet-edib-453978121.html
DYP Ramazan bayramı ilə əlaqədar müraciət edib
DYP Ramazan bayramı ilə əlaqədar müraciət edib
Sputnik Azərbaycan
Qurum bəyan edib ki, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacaq. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T11:03+0400
2023-04-20T11:03+0400
2023-04-20T11:13+0400
cəmiyyət
dyp
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:485:1440:1295_1920x0_80_0_0_7f1abf6d5e1e08c2fe06fbae7f19e65b.jpg
BAKI, 20 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir: "Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir, hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzulayır! Bununla yanaşı, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur. İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin. Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:215:1440:1295_1920x0_80_0_0_3d80a3855bc3fe2c5fe0ea19084f7bed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp
DYP Ramazan bayramı ilə əlaqədar müraciət edib
11:03 20.04.2023 (Yenilənib: 11:13 20.04.2023) Qurum bəyan edib ki, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacaq.
BAKI, 20 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:
"Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir, hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzulayır! Bununla yanaşı, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.
İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin.
Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir".