https://sputnik.az/20230418/zakir-hesenov-qazaxistana-resmi-sefere-gedib-453900963.html
Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib
Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib
Sputnik Azərbaycan
Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran... 18.04.2023, Sputnik Azərbaycan
2023-04-18T15:25+0400
2023-04-18T15:25+0400
2023-04-18T15:25+0400
zakir həsənov
hərbi
qazaxıstan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443619733_0:0:1000:563_1920x0_80_0_0_93ea0cd2f16380d57df4b2101b47407f.jpg
BAKI, 18 aprel — Sputnik. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır. Qeyd edək ki, ötən il müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb. Həmin görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443619733_27:0:1000:730_1920x0_80_0_0_a7f05487bcf8447a6374bb97b73e641b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zakir həsənov, qazaxıstan, səfər
zakir həsənov, qazaxıstan, səfər
Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib
Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.
BAKI, 18 aprel — Sputnik. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, ötən il müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.
Həmin görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.