Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Silahlı toqquşmaların yaşandığı Sudanda azərbaycanlı varmı? - XİN-dən açıqlama

© AP Photo / Marwan AliSudan
Sudan - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sudanda Azərbaycan vətəndaşlarının mövcudluğu barədə heç bir məlumat yoxdur.
BAKI, 18 aprel — Sputnik. "Sudanda Azərbaycan vətəndaşlarının mövcudluğu barədə bizdə heç bir məlumat yoxdur". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
Ayxan Hacızadə Nazirliyə təxliyə üçün heç bir müraciət daxil olmadığını da vurğulayıb.
Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtında ordu bölmələri ilə xüsusi təyinatlı qüvvələr arasında döyüşlər başlayıb.
Toqquşmalar başlayandan indiyədək azı 188 nəfər həlak olub, 1800-dən çox insan yaralanıb. Aprelin 15-də ordu bölmələri ilə xüsusi təyinatlılar arasında başlayan silahlı toqquşmalar davam edir.
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı Sudanda fəaliyyətini dayandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0