Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Otuz minədək tələbəyə şad xəbər - Türkiyədən Azərbaycana rahatlıqla qayıtmaq mümkün olacaq

© State Border Service of Azerbaijan RepublicQırmızı körpü gömrük-keçid məntəqəsi
Qırmızı körpü gömrük-keçid məntəqəsi  - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Türkiyədə təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib.
BAKI, 18 aprel — Sputnik. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib. Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin orada təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib.

"Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib", - deyə müraciətdə qeyd olunub.

Xatırladaq ki, cari ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdə ölənlər arasında azərbaycanlı tələbələr də vardı. Bundan başqa, qeyd edək ki, zəlzələdən sonra çətin vəziyyətdə qaan tələbələr təyyarə biletlərinin baha olduğunu əsas gətirərək ölkəyə qayıda bilmədiklərini bildirmişdi. Təyyarə biletləri ilə müqayisədə quru sərhədləri ilə hərəkətin daha ucuz başa gəldiyini nəzərə alaraq qeyd edək ki, artıq tələbələr rahatlıqla ölkəyə qayıda biləcəklər.
Qeyd edək ki, elm və təhsil naziri açıqlamalarının birində Türkiyədə təhsil alan tələbələrimizin sayının 26 mindən çox olduğunu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0