NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti günbəgün ucuzlaşır

© AFP 2024 / MLADEN ANTONOVBakıda neft buruğu
Bakıda neft buruğu - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Ötən gün 90,49 dollara ticarət edilmiş "Azeri Light" neft bu gün 90,09 dollara enib. Dünya bazarında isə neft bahalaşıb.
BAKI, 15 aprel — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyun müqaviləsinin dəyəri 0,26 % və ya 0,22 dollar artaraq 1 barelə görə 86.31 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,44% və ya 0,36 dollar artaraq 82.52 dollara bərabər olub.
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft isə növbəti dəfə ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,40 ABŞ dolları və ya 0,44% azalaraq 90,09 dollara enib. Qeyd edək ki, ötən gün "Azeri Light" 90,49 dollara ticarət edilmişdi.
Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0