Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin Aİ və ABŞ-ın liderlərinin ikili standartlarından danışıb

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri hesab edir ki, Ukrayna silahların sınaq poliqonuna çevrilib.
BAKI, 14 aprel — Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Avropa İttifaqı (Aİ) ölkələrinin və ABŞ-ın rəhbərlərini ikiüzlülükdə və ikili standartlarda ittiham edib.
Bu barədə Rusiya millət vəkili öz "Telegram" kanalında yazıb.
Parlament üzvü bildirib ki, son vaxtlar amerikalılar və avropalılar öz prezidentlərinin Kiyevi dəstəkləməyə yönəlmiş siyasəti ilə getdikcə daha az razılaşırlar. Volodinin istinad etdiyi məlumatlara görə, ABŞ-da vətəndaşların 43%-i, Böyük Britaniyada əhalinin 65%-i, Almaniyada 70%-i, Fransada isə 80%-i öz liderlərinin siyasətini bəyənmirlər.
"İddialar göz qabağındadır: onlar öz ölkələrini inkişaf etdirmək, vətəndaşların problemlərini həll etmək əvəzinə, münaqişəyə və cinayətkar Kiyev rejiminin saxlanmasına pul göndərirlər", - deyə siyasətçi vurğulayıb.
Volodinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı öz sakinlərinə Kiyevə ayrılan vəsaitin 80%-nin öz ölkələrində qaldığını, Ukraynanın isə borc götürdüyü pulları faizlə geri qaytaracağını izah edirlər. Lakin onun sözlərinə görə, Vaşinqton və Brüssel hərbi əməliyyatların sonuna qədər tam dəstək vəd edilən Ukrayna tərəfinə bunun əksini deyir.
Spiker hesab edir ki, Ukrayna silahların, o cümlədən bioloji silahların sınaq poliqonuna çevrilib, ABŞ və Şimali Atlantika Alyansı ölkələri isə bundan yeni müharibə üsullarını sınaqdan keçirmək üçün istifadə edirlər.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda biolaboratoriyalar haqqında danışaraq, Ukraynanın dörd laboratoriyasında olan 240 təhlükəli xəstəliyin patogeninin araşdırıldığını bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0