DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MDB Xarici İşlər Nazirləri Şurasının iclasında 11 məsələ müzakirə olunacaq

© Sputnik / Tabyldy KadyrbekovMDB ölkələrinin bayraqları
MDB ölkələrinin bayraqları - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Görüşdə hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq həm MDB ölkələri çərçivəsində, həm də onun sərhədləri boyu təhlükəsizliyin təmin edilməsi məsələləsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır
BAKI, 14 aprel — Sputnik. Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın inkişafına dair 11 məsələ müzakirə olunacaq.
Sputnik Özbəkistan-ın xəbərinə görə, görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB daxilində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, eyni zamanda MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.
Görüşdə hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq həm MDB ölkələri çərçivəsində, həm də onun sərhədləri boyu təhlükəsizliyin təmin edilməsi məsələləsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, xarici siyasət koordinasiyasının gücləndirilməsi üzrə iş kontekstində MDB-yə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın aktivləşdirilməsi üzrə Fəaliyyət Proqramının və MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının 2022-ci ildə icrasının nəticələri müzakirə olunacaq.
Xəbər lenti
0