Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda bərpa olunan enerji güclərinin artımı

Abunə olmaq
2022-ci ilin yekunlarına əsasən, Azərbaycanın ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payı 2021-ci ildə 16,5% ilə müqayisədə 16%-təşkil edib. Respublikada yaşıl enerji gücünün artması haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin yekunlarına əsasən Azərbaycanın ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payı 2021-ci ildə 16,5% ilə müqayisədə 16%-təşkil edib. Respublikada yaşıl enerji gücünün artması haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Ötən ilin yekunlarına görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış gücü 2021-ci ildə 1308 MVt və 2013-cü ildə 1125 MVt ilə müqayisədə 1339 MVt təşkil edib.
Qeyd olunan dövrdə hidroenergetikada bu göstərici 2021-ci ildəki 1152 MVt-a qarşı 1177 MVt səviyyəsində olub. 2013-cü ildə Azərbaycanın su elektrik stansiyasının (SES) ümumi quraşdırılmış gücü 1084 MVt təşkil edib.
2022-ci ilin nəticələrinə görə, külək enerjisində gücləri 2013-cü illə müqayisədə 22 dəfə artaraq 66 MVt-a çatıb.
Azərbaycanda günəş elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 10 il ərzində 2013-cü ildəki 1 MVt-dan 2022-ci ildəki 51 MVt-a yüksəlib.
Ümumilikdə, 2022-ci ilin yekunlarına əsasən Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin xüsusi payı 2021-ci ildə 16,5% ilə müqayisədə 16% təşkil edib.
Xəbər lenti
0