CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələcəkdə qidalar peşəkar müəssisə tərəfindən hazırlanacaq - Nazirlik

© AP Photo / Matt YorkBufet
Bufet - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Abunə olmaq
Şöbə müdiri qeyd edib ki, Bakının 3 rayonu, Gəncə, Mingəçevir və Bərdədə məktəbəqədər təhsil müəssisələrində isti qida yeməklərin paylanması ilə bağlı pilot layihə icra edilir
BAKI, 13 aprel — Sputnik. Gələcəkdə hər bağçanın daxilində qidanın peşəkar müəssisə tərəfindən hazırlanıb verilməsi təmin olunacaq. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, lakin indi yeməklər bir mərkəzdən göndəriləndə belə bunun müəyyən stadartları var: "Xüsusi qablaşdırmada, müəyyən müddət daxilində çatdırılmalıdır ki, qida pozulması olmasın və isti formada təqdim olunsun".
Şöbə müdiri qeyd edib ki, Bakının 3 rayonu, Gəncə, Mingəçevir və Bərdədə məktəbəqədər təhsil müəssisələrində isti qida yeməklərin paylanması ilə bağlı pilot layihə icra edilir.
O bildirib ki, bu ilin sonuna qədər pilot layihənin qiymətləndirilməsi aparılacaq və uyğun olarsa, gələn il əhatə dairəsi genişləndiriləcək: "Beləliklə, artıq ərzaq əsaslı yox, menyu əsaslı yeməklər verilir. Hesab edirik ki, yeməklərin ketrinq şirkətləri tərəfindən verilməsi şəffaflığı artıracaq. İşi özümüz icra edəndə ona nəzarət çətin olurdu, lakin indi sifarişçi və nəzarət edən tərəfik. Belə olanda nəzarət daha güclü olur".
Xəbər lenti
0