Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın bəzi rayonlarına dolu düşüb

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidDolu
Dolu - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Abunə olmaq
Bu gün yağan intensiv yağışlarla əlaqədar Balakənçaydan sel keçib, Zaqatala, Qax və Şəki rayonlarının bəzi kəndlərinə dolu düşüb.
BAKI, 13 aprel — Sputnik. Aprelin 13-ü saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan sel keçib.
Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib.
Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna xırda dolu düşüb.
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 13.04.2023
HADİSƏ
Sabahın hava proqnozu məlum oldu
Xəbər lenti
0