https://sputnik.az/20230412/taxil-sazisinin-uzadilmasi-perspektivleri-o-qeder-de-yaxsi-deyil---peskov-453703491.html
Taxıl sazişinin uzadılması perspektivləri "o qədər də yaxşı deyil" - Peskov
Taxıl sazişinin uzadılması perspektivləri "o qədər də yaxşı deyil" - Peskov
Sputnik Azərbaycan
Kremlin rəsmi nümayəndəsi bildirib ki, taxıl sazişinin yeni variantının bir hissəsi işləmir. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T17:55+0400
2023-04-12T17:55+0400
2023-04-12T17:55+0400
dmitri peskov
rusiya
taxıl
saziş
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444332_0:157:3082:1891_1920x0_80_0_0_08909364ca2715fd0a21a561f32b985f.jpg
BAKI, 12 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl sazişinin yeni uzadılması ehtimalını şərh edərək qeyd edib ki, sazişin bir hissəsi işləmir, onun perspektivləri isə o qədər də yaxşı deyil. Bu barədə Rusiya mediası məlumat verib. Peskov eyni zamanda onu da qeyd edib ki, BMT taxıl sazişinin həyata keçirilməsi üçün müəyyən səylər göstərir, lakin təşkilat buna nail olmur. Xatırladaq ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın taxıl sazişini 60 gün uzatmaq qərarına gələrək "kiçik gərginliyə" getdiyini bildirib.Ancaq sonra Rusiya bu sazişin ümumiyyətlə lazım olub-olmadığını düşünəcək. Eyni zamanda nazir qeyd edib ki, ehtiyacı olan ölkələrə ərzaq ixracı taxıl sazişi çərçivəsindən kənarda belə zərər görməyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444332_176:0:2907:2048_1920x0_80_0_0_b176aa2335df5eae975d81b15d3fe511.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, taxıl, saziş
dmitri peskov, taxıl, saziş
Taxıl sazişinin uzadılması perspektivləri "o qədər də yaxşı deyil" - Peskov
Kremlin rəsmi nümayəndəsi bildirib ki, taxıl sazişinin yeni variantının bir hissəsi işləmir.
BAKI, 12 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl sazişinin yeni uzadılması ehtimalını şərh edərək qeyd edib ki, sazişin bir hissəsi işləmir, onun perspektivləri isə o qədər də yaxşı deyil. Bu barədə Rusiya mediası məlumat verib.
"Sazişin ikinci yarısı hələ də işləmir, bu şərtlər yerinə yetirilmir. Heç bir saziş "bir ayaq üstə dura bilməz, iki ayağın üstündə durmalıdır". Bu baxımdan, təbii ki, mövcud vəziyyətə görə, perspektivlər o qədər də yaxşı deyil", - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.
Peskov eyni zamanda onu da qeyd edib ki, BMT taxıl sazişinin həyata keçirilməsi üçün müəyyən səylər göstərir, lakin təşkilat buna nail olmur.
Xatırladaq ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın taxıl sazişini 60 gün uzatmaq qərarına gələrək "kiçik gərginliyə" getdiyini bildirib.
Ancaq sonra Rusiya bu sazişin ümumiyyətlə lazım olub-olmadığını düşünəcək. Eyni zamanda nazir qeyd edib ki, ehtiyacı olan ölkələrə ərzaq ixracı taxıl sazişi çərçivəsindən kənarda belə zərər görməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.