https://sputnik.az/20230412/neft-bahalasir-453694509.html
Neft bahalaşır
Neft bahalaşır
Sputnik Azərbaycan
Neft ehtiyatlarının azalacağı gözlənilən ABŞ-da məlumatlar açıqlanmazdan əvvəl qiymətlər bahalaşmağa davam edir. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T16:01+0400
2023-04-12T16:01+0400
2023-04-12T16:01+0400
neft
neft-qaz
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/42280/56/422805614_0:0:3073:1728_1920x0_80_0_0_3b148cc9f40e97e678e2a2cf80f8b036.jpg
BAKI, 12 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,29 dollar artaraq 85,9 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar bahalaşaraq 81,76 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti isə 0,47 dollar azalaraq 88,44 dollar olub. Qeyd edək ki, neft ehtiyatlarının azalacağı gözlənilən ABŞ-da məlumatlar açıqlanmazdan əvvəl qiymətlər bahalaşmağa davam edir. Neft qiymətləri mart ayında OPEC-in hasilatı azaltma qərarı ilə 15 ayın ən aşağı səviyyəsindən qalxmağa başlayıb. Bundan başqa, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu artırıb, 2023-cü il üçün isə azaldıb. Gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 103,25 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,23 mln. barel çoxdur. Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,3 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəricidən 0,17 mln. barel azdır. Hesabatda qeyd olunur ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,84 mln. barel səviyyəsində olub. 2021-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,7 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93,84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100,61 mln. barelə bərabər idi. EİA məlumatlarını nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni bu il ötəcək. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/56/422805614_0:0:2731:2048_1920x0_80_0_0_84220f8e3344cb45c48e7f3f340964e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft
neft, azeri light markalı neft
Neft bahalaşır
Neft ehtiyatlarının azalacağı gözlənilən ABŞ-da məlumatlar açıqlanmazdan əvvəl qiymətlər bahalaşmağa davam edir.
BAKI, 12 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,29 dollar artaraq 85,9 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar bahalaşaraq 81,76 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti isə 0,47 dollar azalaraq 88,44 dollar olub.
Qeyd edək ki, neft ehtiyatlarının azalacağı gözlənilən ABŞ-da məlumatlar açıqlanmazdan əvvəl qiymətlər bahalaşmağa davam edir. Neft qiymətləri mart ayında OPEC-in hasilatı azaltma qərarı ilə 15 ayın ən aşağı səviyyəsindən qalxmağa başlayıb.
Bundan başqa, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu artırıb, 2023-cü il üçün isə azaldıb.
Gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 103,25 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,23 mln. barel çoxdur.
Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,3 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəricidən 0,17 mln. barel azdır.
Hesabatda qeyd olunur ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,84 mln. barel səviyyəsində olub.
2021-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,7 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93,84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100,61 mln. barelə bərabər idi.
EİA məlumatlarını nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni bu il ötəcək.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.