https://sputnik.az/20230412/ermenistan-siyasi-ve-herbi-texribatlar-toretmekle-mesguldur---ceyhun-bayramov-453696243.html
Ermənistan siyasi və hərbi təxribatlar törətməklə məşğuldur - Ceyhun Bayramov
Ermənistan siyasi və hərbi təxribatlar törətməklə məşğuldur - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, xüsusi təyinatlıların korpus komandirinin orada olması göstərir ki, bu, onların göstərişi ilə həyata keçirilib, adi hərbçinin qərarı... 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T14:31+0400
2023-04-12T14:31+0400
2023-04-12T14:31+0400
ceyhun bayramov
siyasət
atət
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230553_0:0:3071:1727_1920x0_80_0_0_0c027752e6668bd7d46f8cbf7712c731.jpg
BAKI, 12 aprel — Sputnik. "Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müsbət addımlar atılanda Ermənistan tərəfindən siyasi və hərbi təxribatlara şahid oluruq". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bu, ilk hal deyil: "Azərbaycan tərəfi məsələni araşdırır, ancaq ilkin rəylərə əsaslansaq, aydın olur ki, bu, planlaşdırılmış təxribat idi. Xüsusi təyinatlıların korpus komandirinin orada olması göstərir ki, bu, onların göstərişi ilə həyata keçirilib, bu, adi hərbçinin qərarı deyildi. Bu, bir daha onu göstərir ki, bu təxribatın arxasında plan olub". Xarici işlər naziri onu da vurğulayıb ki, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: "Bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər. Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, bu, dünən oldu". Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230553_171:0:2900:2047_1920x0_80_0_0_4d12b9d8b9915b20b1df750de3663e03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, atət
Ermənistan siyasi və hərbi təxribatlar törətməklə məşğuldur - Ceyhun Bayramov
Nazirin sözlərinə görə, xüsusi təyinatlıların korpus komandirinin orada olması göstərir ki, bu, onların göstərişi ilə həyata keçirilib, adi hərbçinin qərarı deyildi.
BAKI, 12 aprel — Sputnik. "Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müsbət addımlar atılanda Ermənistan tərəfindən siyasi və hərbi təxribatlara şahid oluruq".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, bu, ilk hal deyil: "Azərbaycan tərəfi məsələni araşdırır, ancaq ilkin rəylərə əsaslansaq, aydın olur ki, bu, planlaşdırılmış təxribat idi. Xüsusi təyinatlıların korpus komandirinin orada olması göstərir ki, bu, onların göstərişi ilə həyata keçirilib, bu, adi hərbçinin qərarı deyildi. Bu, bir daha onu göstərir ki, bu təxribatın arxasında plan olub".
Xarici işlər naziri onu da vurğulayıb ki, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: "Bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər. Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, bu, dünən oldu".
Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub
Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.