Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

İlon Maskın BAK barədə tvitinə rekord sayda reaksiya gəlib - VİDEO

© Sputnikİlon Mask Bakıda keçirilən Astronavtika Konqresində çıxış edib
İlon Mask Bakıda keçirilən Astronavtika Konqresində çıxış edib  - Sputnik Azərbaycan, 1920, 06.10.2023
Abunə olmaq
İlon Mask Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində “Starship” mövzusunda danışıb və “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb.
BAKI, 6 oktyabr - Sputnik. İlon Maskın Konqreslə bağlı tvitinə rekord sayda reaksiya gəlib.
“SpaceX” şirkətinin təsisçisi İlon Mask 74-cü Beynəlxalq Astronavtika Konqresində (BAK) kosmos sahəsindəki nailiyyətlərinə görə Beynəlxalq Astronavtika Federasiyasının “Dünya kosmos mükafatı”na layiq görülməyi ilə bağlı "X" (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində tvit yazıb.
Onun bu yazısına izləyiciləri tərəfindən 3,675 şərh, 12,2 min təkrar paylaşım, 92,4 min bəyənmə reaksiyası və 15,2 milyon izləmə sayı gəlib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində İlon Mask virtual olaraq Bakı vaxtilə saat 17:45 - 18:45 arasında çıxış edib.
05.10.23, 18:45
İlon Mask Beynəlxalq Astronavtika Konqresində sualları cavablandırıb
“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.
AZƏRTAC xəbər verir ki, “Gələcək üçün əvəzsiz imkanlar” mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin moderatorluğu ilə baş tutub.
Canlı bağlantı “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Klay Mouri arasında maraqlı müzakirə formatında keçirilib.
İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb, hazırda icrası davam edən layihələri haqqında təfərrüatları bölüşüb.
“Onun bu iddialı konsepsiyanın (“Starship” gəmisi) həyata keçirilməsinə sərf etdiyi fədakarlığı adi gəmilərdən təxminən üç dəfə daha böyük bir kosmik gəmi dizayn etməyə imkan verib. O, “Mən, sadəcə, maraqlıyam” deyib və təsdiqləyib ki, sadə bir sual, maraq qığılcımı bizi mümkün olanın hüdudlarından kənara çıxara bilər. Bu, yalnız ən çox maraq göstərənlərin edə biləcəyi bir nailiyyətdir. Hər fikir reallığa çevrilə bilər”, - deyə Kley Mouri bildirib.
İlon Mask qeyd edib ki, “Starship” kosmik gəmisi və “SpaceX”in “Starship” adlanan super ağır raketi ekipaj və yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş tamamilə təkrar istifadə edilə bilən nəqliyyat sistemidir. “Starship” dünyanın indiyə qədər hazırlanmış ən güclü buraxılış aparatıdır, 150 metrik tona qədər tamamilə təkrar istifadə edilə bilən və 250 metrik tona qədər sərf edilə bilən yük daşıya bilir.
İlon Maskın sözlərinə görə, “Starship” gəmisi 3-4 ildən sonra Marsa maneəsiz enə bilər. Gəmi, həmçinin kosmik laboratoriya kimi istifadə oluna bilər. Onun kosmosda istənilən müddətdə qalması mümkündür. Kosmosda uğurlu eksperimentlər aparmaq üçün bütün şərait mövcuddur.

“Gün gələcək biz səhər yeməyimizi Los-Ancelesdə, naharımızı Londonda, şam yeməyini isə Sinqapurda edəcəyik”, - deyə İlon Mask əlavə edib.

Tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqres nümayəndələri iştirak ediblər.
05.10.23, 18:05
İlon Mask Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində çıxış edib
Amerikalı sahibkar, milyarder, SpaceX və Tesla şirkətlərinin təsisçisi, baş direktoru və baş mühəndisi, The Boring Company-nin təsisçisi, Neuralink və OpenAI-ın həmtəsisçisi, Twitter-in sahibi İlon Mask Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində çıxış edib.
O, Heydər Əliyev Mərkəzində davam edən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində onlayn qaydada “Starship” mövzusunda danışıb.
Daha sonra Konqres iştirakçılarının suallarını cavablandırıb.
01.10.23, 10:48
İlon Mask Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində çıxış edəcək
Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində amerikalı milyarder İlon Maskın (Elon Musk) çıxışı gözlənilir.
Bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) keçmiş prezidenti Yan Yves Le Qall (Jean-Yves Le Gall) deyib.
Onun sözlərinə görə, çıxış onlayn olacaq və canlı yayımlanacaq:
“Mən IAF-ın prezidenti olanda hazırkı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərkosmos”a rəhbərlik edirdi və tez-tez müzakirələrimiz olurdu. Onun kosmik tədqiqatlarla bağlı müəyyən təşəbbüsləri, ideyaları var idi. Müxtəlif layihələr həyata keçirmək istəyirdi. Nəhayət 74-cü Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi qərara alındı. Azərbaycanda keçirilən Konqres əslində 2022-ci ildə olmalı idi. Amma pandemiya səbəbindən bir il yubandı.
Bu gün Rusiya-Ukrayna münaqişəsi də Rusiyanın ABŞ-la münasibətlərinə və kosmik həllərə təsir edib.
Biz həmçinin Çin və Birləşmiş Krallıq arasındakı münasibətlərə də fikir verməliyik. Təbii ki, bu da kosmik məsələlərə də təsir edir”.
12.04.23, 13:16
Beynəlxalq Astronavtika Konqresinin qonaqlarına təyyarə bileti güzəştlə satılacaq
Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək qonaqlar üçün "Azərbaycan Hava Yolları" və "Türk Hava Yolları" şirkətləri biletləri güzəştli qiymətə satacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Beynəlxalq Astronavtika Konqresinə hazırlıq departamentinin direktoru Rəna Cəfərova konqresə dair keçirilən brifinqdə deyib.
R.Cəfərovanın sözlərinə görə, bununla bağlı artıq hər iki aviaşirkətlə razılıq əldə edilib:
"Biz konqresdə təxminən 6 000 qonağın iştirakını gözləyirik. Qonaqlarımız üçün müxtəlif mədəni turlar da təşkil ediləcək. Həmçinin konqresdə NASA (ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi) və digər qurumların "Boeing", "Airbus" və başqa bu kimi qlobal şirkətlərin stendləri olacaq".
Xatırladaq ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi planlaşdırılır.
Xəbər lenti
0