https://sputnik.az/20230412/avropa-ttifaqinin-missiyasi-dig-kendine-getmekden-imtina-edib-453696412.html
Avropa İttifaqının missiyası Dığ kəndinə getməkdən imtina edib
Avropa İttifaqının missiyası Dığ kəndinə getməkdən imtina edib
Sputnik Azərbaycan
Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə, kəndi ziyarət etməkdən imtina edib. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T15:00+0400
2023-04-12T15:00+0400
2023-04-12T15:00+0400
avropa ittifaqı
siyasət
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42252/80/422528024_0:160:3073:1888_1920x0_80_0_0_fc907cca929b759eb05bd16bbcd1b160.jpg
BAKI, 12 aprel — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi dünən yarım gün ərzində Avropa İttifaqının (Aİ) müşahidə missiyasının komandiri Markus Ritteri Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməsi üçün dilə tutub. Bu barədə erməni "Telegram" kanalları məlumat yayıb. Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə, kəndi ziyarət etməkdən imtina edib. Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Aİ missiyası mülki elan edilsə də, onun tərkibindəki 50 nəfər silahlı jandarmdır. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/80/422528024_170:0:2901:2048_1920x0_80_0_0_6c2597796ea0403866f7c1af90343846.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa ittifaqı, ermənistan
avropa ittifaqı, ermənistan
Avropa İttifaqının missiyası Dığ kəndinə getməkdən imtina edib
Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə, kəndi ziyarət etməkdən imtina edib.
BAKI, 12 aprel — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi dünən yarım gün ərzində Avropa İttifaqının (Aİ) müşahidə missiyasının komandiri Markus Ritteri Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməsi üçün dilə tutub.
Bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.
Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə, kəndi ziyarət etməkdən imtina edib.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Aİ missiyası mülki elan edilsə də, onun tərkibindəki 50 nəfər silahlı jandarmdır. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.