https://sputnik.az/20230412/atet-sedri-ermenistan-ve-azerbaycan-arasinda-sulh-vacibdir-453696558.html
ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülh vacibdir
ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülh vacibdir
Sputnik Azərbaycan
Buyar Osmani Azərbaycan və Ermənistanı de-eskalasiyaya çağırıb. Onun sözlərinə görə, ATƏT tərəflər arasında kommunikasiyanın mümkün olması, belə toqquşmaların... 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T14:44+0400
2023-04-12T14:44+0400
2023-04-12T14:44+0400
atət
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450543196_0:150:2880:1770_1920x0_80_0_0_261a5c1f80e3d3d91c2a453672fa8d4e.jpg
BAKI, 12 aprel — Sputnik. "Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı xəbər aldım. Mən dünyasını dəyişən insanların ailələrinə başsağlığı verirəm". Bu barədə Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib. Buyar Osmani Azərbaycan və Ermənistanı de-eskalasiyaya çağırıb: "ATƏT tərəflər arasında kommunikasiyanın mümkün olması, belə toqquşmaların qarşısının alınması üçün öz resurslarını təklif edə bilər. Biz əlimizdəki bütün imkanları təqdim edəcəyik ki, dialoq və kommunikasiya mümkün olsun. İki ölkə arasında sülh vacibdir, hər iki ölkə sülhə layiqdir". Qeyd edək ki, aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Bu barədə Azərbaycan Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450543196_160:0:2720:1920_1920x0_80_0_0_5e15c5f528990dac57f74637b5d00151.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
atət
ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülh vacibdir
Buyar Osmani Azərbaycan və Ermənistanı de-eskalasiyaya çağırıb. Onun sözlərinə görə, ATƏT tərəflər arasında kommunikasiyanın mümkün olması, belə toqquşmaların qarşısının alınması üçün öz resurslarını təklif edə bilər.
BAKI, 12 aprel — Sputnik. "Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı xəbər aldım. Mən dünyasını dəyişən insanların ailələrinə başsağlığı verirəm".
Bu barədə Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Buyar Osmani Azərbaycan və Ermənistanı de-eskalasiyaya çağırıb: "ATƏT tərəflər arasında kommunikasiyanın mümkün olması, belə toqquşmaların qarşısının alınması üçün öz resurslarını təklif edə bilər. Biz əlimizdəki bütün imkanları təqdim edəcəyik ki, dialoq və kommunikasiya mümkün olsun. İki ölkə arasında sülh vacibdir, hər iki ölkə sülhə layiqdir".
Qeyd edək ki, aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Bu barədə Azərbaycan Hərbi Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub
Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.