SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ATƏT sədri Azərbaycan və Ermənistan döyüş meydanından uzaqlaşmağa çağırdı

© AFP 2024 / ODD ANDERSENBuyar Osmani
Buyar Osmani  - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, ikitərəfli münasibətlər davam edir, delimatasiya və demarkasiya prosesi gedir, ATƏT sədri olaraq sülhü təşviq edən təşəbbüsləri dəstəkləyirəm.
BAKI, 12 aprel — Sputnik. "ATƏT-ə çətin dövrdə sədrlik edirəm. Biz inanırıq ki, ATƏT-in baxışı inklüziv və əhatəli olmalıdır. Avropa regionunda konsensus əsasında ölkələrin ərazi bütövlüyünün təmin olunması ilə ATƏT öz potensialı və resurslarından istifadə edərək təhlükəsizliyi təmin etməlidir. Azərbaycan kimi ölkələrin rolu burda böyükdür".
Bunu Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də regionda yaşayanlar üçün dayanıqlı sülh təmin olunmalıdır: "Bütün tərəfləri sülh əsaslı mexanizmlərdən istifadə etməyə çağırıram. Azərbaycan və Ermənistan arasındakı və digər münaqişələr sülhlə həll olunmalıdır. İkitərəfli münasibətlər davam edir, delimatasiya və demarkasiya prosesi gedir, ATƏT sədri olaraq sülhü təşviq edən təşəbbüsləri dəstəkləyirəm".
"Mənim Bakıdan mesajım odur ki, biz bu çağırışları, çətinlikləri yaşamışıq. Biz bilirik ki, bu necə ağrılıdır, Şimali Makedoniya mürəkkəb çağırışları dəf etməyə nail olub. Biz öyrəndik ki, bu münaqişələr nə qədər çətin olsa da dialoqa mane olan hallar dəf oluna bilər, biz, insanlarımızı qoruya bilərik. Etibarlılığın yaradılması, döyüş meydanından uzaqlaşmağa, danışıqlar masasına yaxın olmağa çağırırıq. Biz, ATƏT sədri olaraq tərəfləri yardım etmək istiqamətində işləməyə çağırırıq. İkitərəfli əlaqələrimizə gəlincə, biz işgüzar münasibətlərimizi, xalqlarımız arasında münasibətləri gücləndirməliyik", - deyə Buyar Osmani söyləyib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında təkbətək və geniştərkibli görüş başa çatıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.
Xəbər lenti
0