Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident bir qrup şəxsi təltif edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Prezident İlham Əliyev bir qrup şəxsi dövlət qulluğunda və mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" və "Vətənə xidmətə görə" ordenləri ilə təltif edib.
BAKI, 11 aprel — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə də "Şərəf" ordeni ilə təltif edilib.
Qeyd edək ki, aprelin 10-da Ə.Həsənovun 75 yaşı tamam olub. Aprelin 12-də isə C.Paşazadənin 70 yaşı tamam olur.
Bundan başqa, Prezident yazıçı Aqil Məhəmməd oğlu Abbasovu (Aqil Abbas) 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, A.Abbasın bu ay 70 yaşı tamam olub.
Ölkə rəhbəri Novruz Aslanı da təltif edib. Belə ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Qeyd edək ki, N.Aslanov üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır. O, həmçinin Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Xəbər lenti
0