Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paris Kiyev və Moskva arasında danışıqlarda vasitəçilik edə bilməz

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Fransa dolayısı ilə və birbaşa olaraq Ukrayna tərəfində münaqişədə iştirak edir, ona görə də burada vasitəçilik səylərini təsəvvür etmək çətindir.
BAKI, 10 aprel — Sputnik. Paris Kiyev və Moskva arasında danışıqlarda vasitəçi olduğunu iddia edə bilməz, çünki o, münaqişənin iştirakçılarından birinin tərəfini tutur.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
Kremlin sözçüsü Çin lideri Si Cinpinin Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra səsləndirdiyi Parisin öz sülh planını yaratmaq təklifini belə şərh edib.
"Fransa dolayısı ilə və birbaşa olaraq Ukrayna tərəfində münaqişədə iştirak edir, ona görə də burada vasitəçilik səylərini təsəvvür etmək çətindir", - deyə Peskov bildirib.
Xatırladaq ki, fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin siyasi həlli planını dərc edib. Sənəddə hərbi əməliyyatların dayandırılması və danışıqlar masasına qayıtmaq çağırışı yer alıb.
Rusiya lideri Vladimir Putinin sözlərinə görə, Çinin sülh planı Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üçün əsas götürülə bilər.
Xəbər lenti
0