https://sputnik.az/20230406/tehlukesizlik-ve-nato-anlayislari-bir-araya-sigmir---zaxarova-453445819.html
Təhlükəsizlik və NATO anlayışları bir araya sığmır - Zaxarova
Təhlükəsizlik və NATO anlayışları bir araya sığmır - Zaxarova
Sputnik Azərbaycan
Şimali Atlantika blokunun nümayəndələri bunun müdafiə ittifaqı olduğunu təkrarlayırlar, baxmayaraq ki, təşkilatın bütün tarixi bunun əksini göstərir. 06.04.2023, Sputnik Azərbaycan
2023-04-06T11:10+0400
2023-04-06T11:10+0400
2023-04-06T11:10+0400
mariya zaxarova
rusiya
qərb
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442992814_0:0:3029:1705_1920x0_80_0_0_f9b9e27ff8866066a92af9d87c530385.jpg
BAKI, 6 aprel — Sputnik. NATO-nun hərəkətləri və bəyanatları göstərir ki, təhlükəsizlik və NATO anlayışları bir araya sığmayan şeylərdir. Bu göstərir ki, alyansın təqaüdə çıxma vaxtıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Zaxarova qeyd edib ki, Şimali Atlantika blokunun nümayəndələri bunun müdafiə ittifaqı olduğunu təkrarlayırlar, baxmayaraq ki, təşkilatın bütün tarixi bunun əksini göstərir. "İndi biz görürük ki, bütün Avropa təhlükəsizlik sistemini qəsb etmək istəyən NATO yenidən Rusiyaya doğru genişlənir, təhlükəsizliyimizə təhdidlər yaradır. NATO dayanmaq niyyətində deyil, NATO-nun baş katibi Yens Stoltenberq Alyansın qlobal rolunu, onun ənənəvi məsuliyyət zonasından - Avro-Atlantikdən kənara çıxmasının zəruriliyini getdikcə daha çox bəyan edir", - XİN-in rəsmi nümayəndəsi bildirib. "Əslində regional təhlükəsizlik sistemlərinin qurulmasında NATO mərkəzli yanaşmaların geniş şəkildə ortaya çıxması üçün təməl qoyulur. Beləliklə, Ukraynaya silahların göndərilməsi və onun Rusiya ilə müharibəni davam etdirməsi, Çinə hücumlar, Yaponiya və Cənubi Koreyanı, Arktikanı hərbiləşdirmək planlaşdırılır. Dünyanı daha da təhlükəli etmək, Qərbin hegemonluğunu sarsıda biləcək alternativ güc mərkəzlərinin mövcudluğunun qarşısını almaq üçün hər şey edilir. Ümumiyyətlə, bunu əminliklə demək olar ki, təhlükəsizlik və NATO bir araya sığmayan şeylərdir. Bu baxımdan, yalnız bir nəticə özünü göstərir - 74 yaşlı Şimali Atlantika blokunun təqaüdə çıxmasının vaxtı çatıb", - o bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442992814_63:0:2794:2048_1920x0_80_0_0_8c152258515a5d03389345509452274e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, qərb, nato
mariya zaxarova, qərb, nato
Təhlükəsizlik və NATO anlayışları bir araya sığmır - Zaxarova
Şimali Atlantika blokunun nümayəndələri bunun müdafiə ittifaqı olduğunu təkrarlayırlar, baxmayaraq ki, təşkilatın bütün tarixi bunun əksini göstərir.
BAKI, 6 aprel — Sputnik. NATO-nun hərəkətləri və bəyanatları göstərir ki, təhlükəsizlik və NATO anlayışları bir araya sığmayan şeylərdir. Bu göstərir ki, alyansın təqaüdə çıxma vaxtıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Əslində, alyansla bağlı öyünəcək heç nə yoxdur. NATO müttəfiqlərinin keçmişində müharibələr, dövlətlərin xarabalığa çevrilməsi, cəzasız qalan müharibə cinayətləri, mülki əhalinin öldürülməsi və mülki infrastrukturun dağıdılması dayanır. Yuqoslaviya, İraq, Əfqanıstan, Liviya. "Növbəti kimdir?" - XİN sözçüsünün şərhində qeyd olunub.
Zaxarova qeyd edib ki, Şimali Atlantika blokunun nümayəndələri bunun müdafiə ittifaqı olduğunu təkrarlayırlar, baxmayaraq ki, təşkilatın bütün tarixi bunun əksini göstərir.
"İndi biz görürük ki, bütün Avropa təhlükəsizlik sistemini qəsb etmək istəyən NATO yenidən Rusiyaya doğru genişlənir, təhlükəsizliyimizə təhdidlər yaradır. NATO dayanmaq niyyətində deyil, NATO-nun baş katibi Yens Stoltenberq Alyansın qlobal rolunu, onun ənənəvi məsuliyyət zonasından - Avro-Atlantikdən kənara çıxmasının zəruriliyini getdikcə daha çox bəyan edir", - XİN-in rəsmi nümayəndəsi bildirib.
"Əslində regional təhlükəsizlik sistemlərinin qurulmasında NATO mərkəzli yanaşmaların geniş şəkildə ortaya çıxması üçün təməl qoyulur. Beləliklə, Ukraynaya silahların göndərilməsi və onun Rusiya ilə müharibəni davam etdirməsi, Çinə hücumlar, Yaponiya və Cənubi Koreyanı, Arktikanı hərbiləşdirmək planlaşdırılır. Dünyanı daha da təhlükəli etmək, Qərbin hegemonluğunu sarsıda biləcək alternativ güc mərkəzlərinin mövcudluğunun qarşısını almaq üçün hər şey edilir. Ümumiyyətlə, bunu əminliklə demək olar ki, təhlükəsizlik və NATO bir araya sığmayan şeylərdir. Bu baxımdan, yalnız bir nəticə özünü göstərir - 74 yaşlı Şimali Atlantika blokunun təqaüdə çıxmasının vaxtı çatıb", - o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.