NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşıb - Qiymətlər dar diapazonda hərəkət edir

© AFP 2024 / DELIL SOULEIMANNeft quyuları, arxiv şəkli
Neft quyuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti isə 0,36 dollar artıb.
BAKI, 6 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən ucuzlaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,47 dollar azalaraq 84,52 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,50 dollar bahalaşaraq 80,11 dollar təşkil edib.
Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti isə 0,36 dollar artaraq 88,06 dollar olub.
Qeyd edək ki, neft qiymətləri tələb və təklif narahatlıqları ilə dar diapazonda hərəkət edir. "OPEC plyus"un hasilatı azaldacağı qərarı və ABŞ-da neft ehtiyatlarının azalması qiymətləri qaldırır. Digər tərəfdən isə ABŞ-da iqtisadi tənəzzül narahatlıqları qiymətlərin ucuzlaşmasını dəstəkləyir. Əsas neft idxalçısı Çində yavaşlayan iqtisadi bərpa əlamətləri də neft bazarlarına təsir edir.
Onu da bildirək ki, "Rystad Energy" enerji tədqiqatları mərkəzinə görə, "OPEC plus"un hasilatı azaltması neft qiymətlərini 100 dollardan yuxarı qaldıracaq. "Rystad Energy" analitiklərinin fikrincə, hasilatın azaldılması "Brent" markalı neftin qiymətini yayda 110 dollar/barel səviyyəsinə qaldıra bilər.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.
OPEC və müttəfiqlərinin hasilatı azaltması gələn ay neft tədarükünün gündəlik 1,1 milyon barel azalması ilə nəticələnəcək. Səudiyyə Ərəbistanı gündəlik 500 min barel azalma ilə neft hasilatının azalmasına qoşulacaq.
İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də gündəlik 100 min bareldən çox azalmaya qoşulur, Rusiya isə gündəlik 500 min barel azaltmanı daha əvvəl bildirmişdi.
Rusiyanın ixtisarını nəzərə alsaq, potensial 1,6 milyon barel neft "OPEC plus" üzvləri tərəfindən hasil edilməyəcək. "OPEC plus" sonuncu dəfə oktyabr ayında neft hasilatını gündəlik 2 milyon barel azaldacağını açıqlamışdı. "OPEC plus"un hasilatı qəfildən azaltma qərarı qiymətləri kəskin qaldırıb.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0