https://sputnik.az/20230405/makron-cine-gedib-fransa-emekdasligi-derinlesdirmek-isteyir-453408505.html
Makron Çinə gedib: Fransa əməkdaşlığı dərinləşdirmək istəyir
Makron Çinə gedib: Fransa əməkdaşlığı dərinləşdirmək istəyir
Sputnik Azərbaycan
Yelisey Sarayı məlumat verib ki, ümumilikdə Fransa prezidenti Çin lideri ilə müzakirələrə altı-yeddi saat sərf edəcək. 05.04.2023, Sputnik Azərbaycan
2023-04-05T13:18+0400
2023-04-05T13:18+0400
2023-04-05T14:07+0400
emmanuel makron
dünya xəbərləri
çin
səfər
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226575_0:160:3072:1888_1920x0_80_0_0_70b5724546cef1c27a199835b14b3131.jpg
BAKI, 5 aprel — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Çinə rəsmi səfərə gedib. Makronun səfəri aprelin 5-dən 8-dək davam edəcək, o, Pekinə və Çinin cənubundakı Quanqdonq əyalətinin Quançjou şəhərinə səfər edəcək. Makron üçün bu, Fransa prezidenti kimi Çinə üçüncü səfəridir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin daha əvvəl bildirmişdi ki, Çin Prezidenti Si Cinpin və Makron "Çin və Fransa, Çin və Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və əsas beynəlxalq və regional həssas məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün danışıqlar aparacaqlar. Eyni zamanda, Yelisey Sarayı məlumat verib ki, ümumilikdə Fransa prezidenti Çin lideri ilə müzakirələrə altı-yeddi saat sərf edəcək. Makron və Si Cinpin sonuncu dəfə 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammiti çərçivəsində görüşüb, Fransa prezidentinin Çinə sonuncu səfəri isə 2019-cu ildə baş tutub. Yelisey sarayı daha əvvəl qeyd edib ki, Çin hakimiyyəti ilə təmasları bərpa etməyin vaxtı çatıb və tərəflər qlobal məsələlər üzrə dialoqa yeni təkan vermək istəyirlər. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Makron Çinin Baş naziri Li Çian və Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao Leji ilə ayrıca görüşlər keçirəcək. Makronu səfərdə bir sıra iri şirkətlərin nümayəndələri müşayiət edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226575_171:0:2902:2048_1920x0_80_0_0_4589667ccf8d8ca7d8fb40f3e38bbe1a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
emmanuel makron, çin, səfər
emmanuel makron, çin, səfər
Makron Çinə gedib: Fransa əməkdaşlığı dərinləşdirmək istəyir
13:18 05.04.2023 (Yenilənib: 14:07 05.04.2023) Yelisey Sarayı məlumat verib ki, ümumilikdə Fransa prezidenti Çin lideri ilə müzakirələrə altı-yeddi saat sərf edəcək.
BAKI, 5 aprel — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Çinə rəsmi səfərə gedib.
Makronun səfəri aprelin 5-dən 8-dək davam edəcək, o, Pekinə və Çinin cənubundakı Quanqdonq əyalətinin Quançjou şəhərinə səfər edəcək.
Makron üçün bu, Fransa prezidenti kimi Çinə üçüncü səfəridir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin daha əvvəl bildirmişdi ki, Çin Prezidenti Si Cinpin və Makron "Çin və Fransa, Çin və Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və əsas beynəlxalq və regional həssas məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün danışıqlar aparacaqlar. Eyni zamanda, Yelisey Sarayı məlumat verib ki, ümumilikdə Fransa prezidenti Çin lideri ilə müzakirələrə altı-yeddi saat sərf edəcək.
Makron və Si Cinpin sonuncu dəfə 2022-ci ilin noyabrında İndoneziyada keçirilən G20 sammiti çərçivəsində görüşüb, Fransa prezidentinin Çinə sonuncu səfəri isə 2019-cu ildə baş tutub. Yelisey sarayı daha əvvəl qeyd edib ki, Çin hakimiyyəti ilə təmasları bərpa etməyin vaxtı çatıb və tərəflər qlobal məsələlər üzrə dialoqa yeni təkan vermək istəyirlər. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Makron Çinin Baş naziri Li Çian və Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao Leji ilə ayrıca görüşlər keçirəcək.
Makronu səfərdə bir sıra iri şirkətlərin nümayəndələri müşayiət edirlər.