https://sputnik.az/20230403/opec-in-qefil-qerari-nefti-keskin-bahalasdirdi-453311714.html
OPEC-in qəfil qərarı nefti kəskin bahalaşdırdı
OPEC-in qəfil qərarı nefti kəskin bahalaşdırdı
Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T10:42+0400
2023-04-03T10:42+0400
2023-04-03T11:07+0400
neft-qaz
neft
qiymət
opec
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 3 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri kəskin bahalaşıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib. OPEC və müttəfiqlərinin hasilatı azaltması gələn ay neft tədarükünün gündəlik 1,1 milyon barel azalması ilə nəticələnəcək. Səudiyyə Ərəbistanı gündəlik 500 min barel azalma ilə neft hasilatının azalmasına qoşulacaq. İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də gündəlik 100 min bareldən çox azalmaya qoşulur, Rusiya isə gündəlik 500 min barel azaltmanı daha əvvəl bildirmişdi. Rusiyanın ixtisarını nəzərə alsaq, potensial 1,6 milyon barel neft "OPEC plyus" üzvləri tərəfindən hasil edilməyəcək. "OPEC plyus" sonuncu dəfə oktyabr ayında neft hasilatını gündəlik 2 milyon barel azaldacağını açıqlamışdı. "OPEC plyus"un hasilatı qəfildən azaltma qərarı qiymətləri kəskin qaldırıb. ABŞ xam neftinin bir barelinin qiyməti 8 faiz artaraq 80 dolları keçib. "Brent" markalı neftin qiyməti isə 5,3 faiz artaraq 84,15 dollar olub. Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") 1 barelə olan qiyməti 1,05 dollar artaraq 81,88 dollar təşkil edib. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, opec
OPEC-in qəfil qərarı nefti kəskin bahalaşdırdı
10:42 03.04.2023 (Yenilənib: 11:07 03.04.2023) Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.
BAKI, 3 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri kəskin bahalaşıb. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.
OPEC və müttəfiqlərinin hasilatı azaltması gələn ay neft tədarükünün gündəlik 1,1 milyon barel azalması ilə nəticələnəcək. Səudiyyə Ərəbistanı gündəlik 500 min barel azalma ilə neft hasilatının azalmasına qoşulacaq.
İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də gündəlik 100 min bareldən çox azalmaya qoşulur, Rusiya isə gündəlik 500 min barel azaltmanı daha əvvəl bildirmişdi.
Rusiyanın ixtisarını nəzərə alsaq, potensial 1,6 milyon barel neft "OPEC plyus" üzvləri tərəfindən hasil edilməyəcək. "OPEC plyus" sonuncu dəfə oktyabr ayında neft hasilatını gündəlik 2 milyon barel azaldacağını açıqlamışdı.
"OPEC plyus"un hasilatı qəfildən azaltma qərarı qiymətləri kəskin qaldırıb. ABŞ xam neftinin bir barelinin qiyməti 8 faiz artaraq 80 dolları keçib. "Brent" markalı neftin qiyməti isə 5,3 faiz artaraq 84,15 dollar olub.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") 1 barelə olan qiyməti 1,05 dollar artaraq 81,88 dollar təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.