Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bu siqaretlərin qiyməti bahalaşdı - foto

© Photo : Azerbaijan State Customs CommitteeSiqaret, arxiv şəkli
Siqaret, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.04.2023
Abunə olmaq
Artıq bu gündən pərakəndə ticarət obyektlərində siqaretlər yeni qiymətlə satışa çıxardılıb.
BAKI, 3 aprel — Sputnik. Bu gündən Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, siqaretlərin qiymət artımı, əsasən, aşağıdakı markalarda müşahidə olunur.
"Winston" - 3.60/3.70
"Winchester" - 2.70/2.80
"LD" - 3/3.10
"Pall Mall" - 2.80/2.90
"Kent" - 3.80/3.90
"Rothmans" - 2.70/2.80
"Sobranie" - 4/4.10
"Keno" - 2.20/2.30
"Argo" - 2/2.10
"West" - 2.50/2.60
"Prima" - 2.20/2.30
"Bakı" - 2/2.10
"Kingston" - 2/2.10
"Viceroy" -2.20/2.30
"Karvan"--0,60/0.70
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir:
tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi,
tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi,
beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi,
qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi,
İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi.
İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Yerli papiros və siqaret istehsalı azalıb
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə sahələrdən 5,1 min ton tütün yığılıb. Bu da 2021-ci illə müqayisədə 21 faiz azdır. 2022-ci ildə Azərbaycanda 768,9 milyon manat dəyərində tütün məmulatları istehsal olunub. Bu, 2021-ci illə müqayisədə 12,2 faiz azdır.
Ötən il Azərbaycanda 13 milyard 299 milyon ədəd papiros və siqaretlər və 4164 ton fermentləşdirilmiş tütün istehsal edilib. 2021-ci illə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 13,1 faiz, fermentləşdirilmiş tütün istehsalı 2,6 faiz azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0