https://sputnik.az/20230331/xhe-baxmut-qalasi-qarnizonu-mehv-ve-teslim-olur-453236515.html
XHƏ: "Baxmut qalası" qarnizonu məhv və təslim olur
XHƏ: "Baxmut qalası" qarnizonu məhv və təslim olur
Sputnik Azərbaycan
Bəzi Qərb KİV-ləri hesab edir ki, "Artyomovsk uğrunda döyüş Ukrayna münaqişəsinin nəticəsini müəyyən edə bilər" və bu, simvolik şişirtmə deyil. 31.03.2023, Sputnik Azərbaycan
2023-03-31T11:31+0400
2023-03-31T11:31+0400
2023-03-31T11:31+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452296922_0:0:3191:1794_1920x0_80_0_0_195447eae57e9b2c1246b04a4f8aef96.jpg
BAKI, 31 mart — Sputnik. Donbasda Ukrayna ordusunun planlı şəkildə məhv edilməsi davam edir. Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələri Artyomovsku tərk edirlər – həlak olur, geri çəkilir və ya təslim olurlar. "Baxmut qalası" ilə birlikdə nasist ideologiyasının və Kiyev rejiminin mifologiyasının "kartdan düzəlmə evi" dağılır. ABŞ və NATO-nun hərbi yardımı Ukraynanın geri qaytarılması mümkün olmayan itkilərinin sayını artırır və bu, Rusiya xüsusi hərbi əməliyyatın (XHƏ) məqsəd və gedişatına təsir göstərmir. Güclü artilleriya hazırlığından sonra Rusiya qoşunlarının hücum dəstələri martın 30-na keçən gecə Artyomovskda üç istiqamətdə hücum əməliyyatlarını gücləndirərək, bir neçə mərkəzi məhəlləni (Kuzneçnaya, Nezavisimosti və Svoboda küçələri), eləcə də şəhər bazarı ərazisini nəzarət altına alıblar. İnzibati binalar uğrunda mübarizələr davam edir. Artyomovsk demək olar ki, tamamilə dağıdılıb, yaşayış binaları skeletlərə bənzəyir. "Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) artilleriya və hücum təyyarələri geri çəkilən Ukrayna bölmələrinə şəhəri tərk etməyə imkan vermir. Manevr üçün məhdud məkanda Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri dəstək və silah-sursat çatışmazlığı üzündən atəş altında həlak olur və ya təslim olurlar. Rusiya qüvvələri şəhərə gedən bütün asfaltlanmış yolları kəsib və ya atəşə tutaraq nəzarət altına alıblar, palçıqlı yol isə silah-sursatların hətta "gizli yollarla" da daşınmasına imkan vermir. "Baxmut qalası"nın artilleriyası məğlub edilib və ya Çasov Yara qovulub. Onlar əks-batareya mübarizəsini aparmaq iqtidarında deyillər. USQ-nin Baş Qərargahı Rusiyanın Artyomovskdakı "qismən uğurunu" qəbul etməyə məcbur olub. Ukraynalı döyüşçülərdən biri "Deutsche Welle"-ə* müsahibəsində həlak olan on minlərlə həmkarından danışıb, hətta ağlayıb. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bu etirafa soyuqqanlı cavab verib:Ən təvazökar hesablamalara görə, USQ-nin Artyomovsk vilayətində son altı ayda itkiləri 60 min nəfərdən çox olub, "RT"yə görə isə itkilər ayda 35 min nəfər təşkil edib. Kiyev rejimi bu cür böyük itkiləri Baxmut/Artyomovsk nəqliyyat qovşağının əhəmiyyətinə və ya Rusiyanın elan edilmiş "üstün qüvvələrinin tükənməsinə" görə deyil, Qərbin dəstəyini itirmək və qoşunların tamamilə döyüş ruhunun zəifləməsi qorxusuna görə verir. "Baxmut sallaqxanasında" sağ qalan ukraynalı döyüşçülərin psixoloji reabilitasiyaya ehtiyacı var və Artyomovskı "qardaşlıq məzarı" adlandırırlar. Daha sonra nə var? Ukrayna Prezidenti Vladimir Zelenski üçün Donbasda Ukrayna Silahlı Qüvvələrinin yeni məğlubiyyəti siyasi ölüm kimidir. Bəzi Qərb KİV-ləri hesab edir ki, "Artyomovsk uğrunda döyüş Ukrayna münaqişəsinin nəticəsini müəyyən edə bilər" və bu, simvolik şişirtmə deyil. Rusiyanın strategiyası Vaqner özəl hərbi şirlkətin (ÖHŞ) qurucusu Yevgeni Priqojin təsdiqləyib:"Baxmut uğrunda döyüş praktiki olaraq Ukrayna ordusunu və onunla birlikdə xarici birləşmələri məhv edib".USQ-nin planlı şəkildə demilitarizasiyası davam edir. Səfərbərlik ehtiyatından "əks-hücum" üçün toplanan "təzə heyət" motivasiya və hazırlıq səviyyəsi ilə çox saydadır və XHƏ-nin ilk 400 günündə məhv edilmiş Ukrayna qoşunlarından heç də fərqlənmir. Ukrayna Silahlı Qüvvələrinin əvəzolunmaz itkiləri (yüz minlərlə təlim keçmiş döyüşçü öldürülüb), NATO ölkələrinin Kiyevə dəstək vermək imkanlarının azalması (arsenallar boşalıb) obyektiv olaraq Artyomovsk şəhərinin tezliklə və qaçılmaz azad edilməsindən daha vacibdir (aprel və ya may aylarında). "Baxmut qalası" nın süqutu Çasov Yarın azad edilməsi və USQ-nin Slavyan-Kramatorsk istehkam ərazisinin məğlub edilməsi üçün lazımi şərtlər yaradacaqdır. Burada heç bir illüziya olmamalıdır. Və təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukrayna məsələsində siyasi və diplomatik yolla xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaq mümkün deyil. XHƏ planlaşdırıldığı kimi davam etdiriləcək (demilitarizasiya) və yalnız hərbi üsullarla tamamlanacaq (denasifikasiya). USQ-nin bütün səfərbərlik ehtiyatının fiziki məhv edilməsi məcburi deyil. Rusiya Silahlı Qüvvələrinin strategiyası Ukrayna ordusunun tamamilə tükənməsi və xüsusi hərbi əməliyyatın siyasi məqsədlərinə çatmasıdır. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin martın 29-da qeyd edib: "Biz sərhədlərimizdə açıq şəkildə Rusiya qarşı olan dövlətinin mövcudluğuna dözməyəcəyik". O, Ukrayna və Avropada "hərtərəfli, ədalətli və davamlı sülhün" parametrlərini müəyyənləşdirib. Əsas şərtlər: Ola bilsin ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün Rusiyanın şərtləri kiməsə həddindən artıq sərt görünəcək. Gec-tez onlar yerinə yetiriləcək. ABŞ və NATO-dan fərqli olaraq, Rusiya özünü təsdiqləmək və üçüncü dünya ölkələrinin təbii sərvətlərini talamaq üçün "səhra fırtınaları" təşkil etmir, öz sərhədlərində strateji hərbi təhlükələri aradan qaldırır, çoxqütblü dünyanı gücləndirir, bərabər və bölünməz təhlükəsizlik sistemi yaradır. Təbii ki, bu, Vaşinqtonun və onun peyklərinin xoşuna gəlmir. ABŞ-ın nə üçün ukraynalı marionetlərin münaqişədən çəkilməsinə icazə vermədiyi hətta britaniyalılara da aydındır. Əgər "Baxmut qalası" nasist rejiminin "kart evi"nin ideoloji zirvəsidirsə, bütün Ukrayna Pentaqonun yeni döyüş texnologiyalarının öyrənildiyi "laboratoriyası"dır. Kosmik rabitə və məlumatların ötürülməsi, süni intellekt, uzaq mənzilli hava hücumundan müdafiə sistemləri və "hava-hava" raketləri, beşinci nəsil qırıcılar, eləcə də yüksək dəqiqlikli qanadlı və hipersəs raketlərinin, pilotsuz uçuş aparatlarının və dəniz dronlarının kütləvi istifadəsidir. Burada ABŞ hərbi-sənaye kompleksi üçün böyük perspektivlər və ABŞ-ın mövcudluğu üçün böyük risklər var. Ukrayna və Avropanı gərginlik nərdivanı ilə yuxarı qaldıran, onları daha çox tank və təyyarə almağa, artilleriya mərmilərinin istehsalını artırmağa məcbur edən Rusiya deyil. Lakin Moskvanın ABŞ və NATO-nu sülhə məcbur etmək üçün güclü və yüksək texnologiyalı arqumentləri var - minlərlə müasir tanklar, təyyarələr, hipersəs raketləri və nüvə başlıqları. Paradoks ondadır ki, dünən əfqan talibanları tərəfindən alçaldılmış kollektiv Qərb bu gün Rusiyanı "strateji məğlubiyyət"lə hədələyir və Moskvanın xəbərdarlıqlarının sərt reallığına - taktiki və ya strateji nüvə qisasına inanmır. Ola bilsin ki, XHƏ fonunda Vaşinqton "üçüncü səsi" daha aydın eşidəcək - martın 29-da Rusiyanın bir neçə bölgəsində "Yars" strateji mobil komplekslərinin yerləşdirilməsi ilə strateji raket qüvvələrinin Novosibirsk raket diviziyasının genişmiqyaslı təlimləri başlayıb. İnsanlar deyirlər: "Yars" guruldamayana qədər, Bayden özündə xaç çəkməyəcək".* Deutsche Welle (Almaniya, Kurt-Schumacher-Strasse 3, 53113 Bonn), (təşkilat) xarici agent kimi fəaliyyət göstərir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/01/452296922_0:0:2731:2048_1920x0_80_0_0_75050c16e243246ad65709223ca80428.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna
XHƏ: "Baxmut qalası" qarnizonu məhv və təslim olur
Bəzi Qərb KİV-ləri hesab edir ki, "Artyomovsk uğrunda döyüş Ukrayna münaqişəsinin nəticəsini müəyyən edə bilər" və bu, simvolik şişirtmə deyil.
BAKI, 31 mart — Sputnik. Donbasda Ukrayna ordusunun planlı şəkildə məhv edilməsi davam edir. Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələri Artyomovsku tərk edirlər – həlak olur, geri çəkilir və ya təslim olurlar. "Baxmut qalası" ilə birlikdə nasist ideologiyasının və Kiyev rejiminin mifologiyasının "kartdan düzəlmə evi" dağılır. ABŞ və NATO-nun hərbi yardımı Ukraynanın geri qaytarılması mümkün olmayan itkilərinin sayını artırır və bu, Rusiya xüsusi hərbi əməliyyatın (XHƏ) məqsəd və gedişatına təsir göstərmir.
Güclü artilleriya hazırlığından sonra Rusiya qoşunlarının hücum dəstələri martın 30-na keçən gecə Artyomovskda üç istiqamətdə hücum əməliyyatlarını gücləndirərək, bir neçə mərkəzi məhəlləni (Kuzneçnaya, Nezavisimosti və Svoboda küçələri), eləcə də şəhər bazarı ərazisini nəzarət altına alıblar. İnzibati binalar uğrunda mübarizələr davam edir.
Artyomovsk demək olar ki, tamamilə dağıdılıb, yaşayış binaları skeletlərə bənzəyir. "Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) artilleriya və hücum təyyarələri geri çəkilən Ukrayna bölmələrinə şəhəri tərk etməyə imkan vermir. Manevr üçün məhdud məkanda Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri dəstək və silah-sursat çatışmazlığı üzündən atəş altında həlak olur və ya təslim olurlar. Rusiya qüvvələri şəhərə gedən bütün asfaltlanmış yolları kəsib və ya atəşə tutaraq nəzarət altına alıblar, palçıqlı yol isə silah-sursatların hətta "gizli yollarla" da daşınmasına imkan vermir. "Baxmut qalası"nın artilleriyası məğlub edilib və ya Çasov Yara qovulub. Onlar əks-batareya mübarizəsini aparmaq iqtidarında deyillər.
USQ-nin Baş Qərargahı Rusiyanın Artyomovskdakı "qismən uğurunu" qəbul etməyə məcbur olub. Ukraynalı döyüşçülərdən biri "Deutsche Welle"-ə* müsahibəsində həlak olan on minlərlə həmkarından danışıb, hətta ağlayıb. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bu etirafa soyuqqanlı cavab verib:
"İtkilər müharibənin qaçılmaz nəticəsidir. İtkisiz olmur. Döyüşən tərəfin əsas vəzifələrindən biri düşmənin fiziki gücünü məhv etməkdir".
Ən təvazökar hesablamalara görə, USQ-nin Artyomovsk vilayətində son altı ayda itkiləri 60 min nəfərdən çox olub, "RT"yə görə isə itkilər ayda 35 min nəfər təşkil edib. Kiyev rejimi bu cür böyük itkiləri Baxmut/Artyomovsk nəqliyyat qovşağının əhəmiyyətinə və ya Rusiyanın elan edilmiş "üstün qüvvələrinin tükənməsinə" görə deyil, Qərbin dəstəyini itirmək və qoşunların tamamilə döyüş ruhunun zəifləməsi qorxusuna görə verir. "Baxmut sallaqxanasında" sağ qalan ukraynalı döyüşçülərin psixoloji reabilitasiyaya ehtiyacı var və Artyomovskı "qardaşlıq məzarı" adlandırırlar. Daha sonra nə var?
Ukrayna Prezidenti Vladimir Zelenski üçün Donbasda Ukrayna Silahlı Qüvvələrinin yeni məğlubiyyəti siyasi ölüm kimidir. Bəzi Qərb KİV-ləri hesab edir ki, "Artyomovsk uğrunda döyüş Ukrayna münaqişəsinin nəticəsini müəyyən edə bilər" və bu, simvolik şişirtmə deyil.
Vaqner özəl hərbi şirlkətin (ÖHŞ) qurucusu Yevgeni Priqojin təsdiqləyib:
"Baxmut uğrunda döyüş praktiki olaraq Ukrayna ordusunu və onunla birlikdə xarici birləşmələri məhv edib".
USQ-nin planlı şəkildə demilitarizasiyası davam edir. Səfərbərlik ehtiyatından "əks-hücum" üçün toplanan "təzə heyət" motivasiya və hazırlıq səviyyəsi ilə çox saydadır və XHƏ-nin ilk 400 günündə məhv edilmiş Ukrayna qoşunlarından heç də fərqlənmir. Ukrayna Silahlı Qüvvələrinin əvəzolunmaz itkiləri (yüz minlərlə təlim keçmiş döyüşçü öldürülüb), NATO ölkələrinin Kiyevə dəstək vermək imkanlarının azalması (arsenallar boşalıb) obyektiv olaraq Artyomovsk şəhərinin tezliklə və qaçılmaz azad edilməsindən daha vacibdir (aprel və ya may aylarında).
"Baxmut qalası" nın süqutu Çasov Yarın azad edilməsi və USQ-nin Slavyan-Kramatorsk istehkam ərazisinin məğlub edilməsi üçün lazımi şərtlər yaradacaqdır. Burada heç bir illüziya olmamalıdır. Və təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukrayna məsələsində siyasi və diplomatik yolla xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaq mümkün deyil. XHƏ planlaşdırıldığı kimi davam etdiriləcək (demilitarizasiya) və yalnız hərbi üsullarla tamamlanacaq (denasifikasiya). USQ-nin bütün səfərbərlik ehtiyatının fiziki məhv edilməsi məcburi deyil. Rusiya Silahlı Qüvvələrinin strategiyası Ukrayna ordusunun tamamilə tükənməsi və xüsusi hərbi əməliyyatın siyasi məqsədlərinə çatmasıdır.
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin martın 29-da qeyd edib: "Biz sərhədlərimizdə açıq şəkildə Rusiya qarşı olan dövlətinin mövcudluğuna dözməyəcəyik". O, Ukrayna və Avropada "hərtərəfli, ədalətli və davamlı sülhün" parametrlərini müəyyənləşdirib. Əsas şərtlər:
Ukrayna Silahlı Qüvvələrinin döyüş əməliyyatlarının və Qərb ölkələri tərəfindən silah tədarüklərinin dayandırılması;
xarici muzdluların Ukrayna ərazisindən çıxarılması;
Ukraynanın neytral və bloksuz statusunun təmin edilməsi;
Ukraynanın NATO və Aİ-yə üzv olmaqdan imtinası;
Ukraynanın nüvəsiz statusunun təsdiqlənməsi;
Kiyev və beynəlxalq ictimaiyyət tərəfindən yeni ərazi reallıqlarının tanınması.
Ola bilsin ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün Rusiyanın şərtləri kiməsə həddindən artıq sərt görünəcək. Gec-tez onlar yerinə yetiriləcək. ABŞ və NATO-dan fərqli olaraq, Rusiya özünü təsdiqləmək və üçüncü dünya ölkələrinin təbii sərvətlərini talamaq üçün "səhra fırtınaları" təşkil etmir, öz sərhədlərində strateji hərbi təhlükələri aradan qaldırır, çoxqütblü dünyanı gücləndirir, bərabər və bölünməz təhlükəsizlik sistemi yaradır. Təbii ki, bu, Vaşinqtonun və onun peyklərinin xoşuna gəlmir. ABŞ-ın nə üçün ukraynalı marionetlərin münaqişədən çəkilməsinə icazə vermədiyi hətta britaniyalılara da aydındır.
Əgər "Baxmut qalası" nasist rejiminin "kart evi"nin ideoloji zirvəsidirsə, bütün Ukrayna Pentaqonun yeni döyüş texnologiyalarının öyrənildiyi "laboratoriyası"dır. Kosmik rabitə və məlumatların ötürülməsi, süni intellekt, uzaq mənzilli hava hücumundan müdafiə sistemləri və "hava-hava" raketləri, beşinci nəsil qırıcılar, eləcə də yüksək dəqiqlikli qanadlı və hipersəs raketlərinin, pilotsuz uçuş aparatlarının və dəniz dronlarının kütləvi istifadəsidir. Burada ABŞ hərbi-sənaye kompleksi üçün böyük perspektivlər və ABŞ-ın mövcudluğu üçün böyük risklər var.
Ukrayna və Avropanı gərginlik nərdivanı ilə yuxarı qaldıran, onları daha çox tank və təyyarə almağa, artilleriya mərmilərinin istehsalını artırmağa məcbur edən Rusiya deyil. Lakin Moskvanın ABŞ və NATO-nu sülhə məcbur etmək üçün güclü və yüksək texnologiyalı arqumentləri var - minlərlə müasir tanklar, təyyarələr, hipersəs raketləri və nüvə başlıqları. Paradoks ondadır ki, dünən əfqan talibanları tərəfindən alçaldılmış kollektiv Qərb bu gün Rusiyanı "strateji məğlubiyyət"lə hədələyir və Moskvanın xəbərdarlıqlarının sərt reallığına - taktiki və ya strateji nüvə qisasına inanmır.
Ola bilsin ki, XHƏ fonunda Vaşinqton "üçüncü səsi" daha aydın eşidəcək - martın 29-da Rusiyanın bir neçə bölgəsində "Yars" strateji mobil komplekslərinin yerləşdirilməsi ilə strateji raket qüvvələrinin Novosibirsk raket diviziyasının genişmiqyaslı təlimləri başlayıb. İnsanlar deyirlər: "Yars" guruldamayana qədər, Bayden özündə xaç çəkməyəcək".
* Deutsche Welle (Almaniya, Kurt-Schumacher-Strasse 3, 53113 Bonn), (təşkilat) xarici agent kimi fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.