DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa qaz böhranına hazır deyil - Türkiyənin energetika naziri

© AFP 2024 / ASAAD NIAZIQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Abunə olmaq
Bu ölkənin energetika və təbii sərvətlər naziri bildirib ki, bu böhrandan kimin faydalanıb, kimə fayda vermədiyini qiymətləndirmək lazımdır.
BAKI, 31 mart — Sputnik. Avropa qaz böhranına hazır deyil, mayeləşdirilmiş təbii qaz (LNG) tədarük mənbələri bu qədər artan tələbatı ödəməkdən çox uzaqdır. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
"Avropa qaz böhranına hazır deyildi. Avropa mayeləşdirilmiş təbii qaza keçməklə alternativ axtarırdı. Amma orada da kifayət qədər tutum və terminalların sayı kimi problemlər, həmçinin qiymətlər anormal şəkildə yüksəldi. Dövlətlər birdən-birə bu artan tələbi qarşılamaqdan uzaq olduqlarını anladılar", - deyə Dönmez yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, böhrandan kimin daha çox zərər çəkdiyi sualını təhlil etmək lazımdır.

"Kimə daha çox fayda gətirdiyinə baxmalıyıq. Ona görə də hesab edirəm ki, bu böhrandan kimin faydalanıb, kimə fayda vermədiyini qiymətləndirmək lazımdır. Bu prosesi yalnız qənaətlə idarə etmək mümkün deyil. Biz Avropanı dəstəkləməyə davam edəcəyik, xüsusilə uzunmüddətli və ortamüddətli layihələr olan dost ölkələrlə", - nazir vurğulayıb.

Avropa İttifaqındakı enerji böhranı 2022-ci il iyulun əvvəlində - Rusiyadan bir sıra Aİ ölkələrinə qaz tədarükündə ilk fasilələr nəticəsində yaranıb. Həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən "Şimal axını" üçün turbinlərin saxlanması ilə bağlı problemlər yarandıqda vəziyyət daha da pisləşdi.
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0