Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda yol - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
Qeyd olunan vaxt kəsiyində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
BAKI, 30 mart — Sputnik. Aprelin 2-si Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
Bildirilib ki, 2 aprel saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.
Xəbər lenti
0