Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və İsrailin hərbi rəhbərliyi müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər

© AR Ministry of DefencePUA heyətlərinin təlim-məşq uçuşları
PUA heyətlərinin təlim-məşq uçuşları - Sputnik Azərbaycan, 1920, 18.09.2023
Abunə olmaq
Zakir Həsənov İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru Eyal Zamirlə görüşdə Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru cənab Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
29.03.23, 20:16
Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir
Hazırda Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir.
Bunu müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrlə görüşü zamanı bildirib.
Nazirin sözlərinə görə, müasir müharibələrdə insansız idarə olunan silahlar çox önəmlidir.
Mədət Quliyev qeyd edib ki, gələcəkdə Azərbaycandan tələbələri ABŞ və Türkiyəyə müdafiə sənayesi sahəsində təcrübəyə göndərməyi planlaşdırırlar. (APA).
srailin Baş naziri Benyamin Netanyahu  - Sputnik Azərbaycan, 1920, 29.03.2023
SİYASƏT
Netanyahu Azərbaycan XİN rəhbərini qəbul edib: Gələcəyə hədəflənən əməkdaşlığın müzakirəsi
Xəbər lenti
0