SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-İsrail əməkdaşlığı ortaq maraqlara əsaslanır - Ceyhun Bayramov

© Photo : MFA AzerbaijanAzərbaycan və İsrail XİN başçılarının görüşü
Azərbaycan və İsrail XİN başçılarının görüşü - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri bildirib ki, Azərbaycan və İsrail illərdir ki, müdafiə və təhlükəsizlik sahəsində uğurlu əməkdaşlıq edir.
BAKI, 29 mart — Sputnik. Ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı anlaşmaya, hörmətə və ortaq maraqlara əsaslanır.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.
"Xalqlarımız arasında yaxın əlaqələr münasibətlərimizin vacib elementidir. Biz 2021-ci ildə İsraildə turizm və ticarət ofisi açdıq. Daha sonra səfirliyin açılmasına qərar verdik. Bu, əməkdaşlığımızda dinamik göstəricidir. Qarşılıqlı səfərlər münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Yanvar ayında İsrailin Avrasiya ölkələrindəki səfirlərinin iclası Bakıda keçirildi, bu, tərəfdaşlığın və dostluğun ən böyük göstəricisidir", - Ceyhun Bayramov qeyd edib.
Azərbaycanın xarici işlər naziri bildirib ki, Azərbaycan və İsrail illərdir ki, müdafiə və təhlükəsizlik sahəsində uğurlu əməkdaşlıq edir.
"Biz görüşümüzdə regional vəziyyəti, Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik. Azərbaycan Yaxın Şərqdə sülhü, stabilliyi və dialoqu dəstəkləyir", - Ceyhun Bayramov deyib.
Ceyhun Bayramov qeyd edib ki, bu gün Azərbaycanda 140-a qədər İsrail şirkəti fəaliyyət göstərir.
"İki ölkə arasında birbaşa uçuşların açılması əlaqələrimizə daha da töhfə verib. Aprelin 19-da Bakıda İsrail-Azərbaycan iqtisadi əlaqələr üzrə komissiyanın iclası keçiriləcək. Əminəm ki, bu iclas bizim səmərəli əməkdaşlığımıza töhfə verəcək. Azərbaycan və İsrail arasında kənd təsərrüfatı, su idarəçiliyi sahəsində əməkdaşlıq var. Elm, təhsil, mədəniyyət, turizm sahəsində əməkdaşlığımız dərinləşir", - Ceyhun Bayramov deyib. (APA)
Eli Kohen - Sputnik Azərbaycan, 1920, 29.03.2023
SİYASƏT
İran regional təhdiddir - XİN rəhbəri
Xəbər lenti
0