Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2024: Azərbaycan millisindən biabırçı məğlubiyyət

© AFP 2023 / OZAN KOSEFutbol topları
Futbol topları - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Futbol üzrə Azərbaycan yığması iki tur dalbadal böyük hesabla məğlub olur.
BAKI, 28 mart - Sputnik. AVRO-2024-ün seçmə mərhələsinin II turunda futbol üzrə İsveç və Azərbaycan yığmaları üz-üzə gəliblər.
Oyun Stokholm şəhərindəki “Friends Arena”da keçirilib. Matçı fransalı Stefani Frapparın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Meydan sahibləri 38-ci dəqiqədə fərqləniblər. Emil Forsberq dəqiq zərbə ilə Azərbaycan yığmasını mərkəzə dəvət edib - 1:0. Birinci hissə bu hesabla bitib.
İkinci hissədə Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə 65-ci dəqiqədə avtoqol müəllifi olub - 2:0.
79-cu dəqiqədə isə Dyekereş üçüncü topu qonaqların qapısından keçirib - 3:0.
88-ci dəqiqədə isə Karlsson dördüncü topu Azərbaycan millisinin qapısına vurub - 4:0.
89-cu dəqiqədə Elanqa Azərbaycan millisinin vəziyyətini lap biabırçı edib - 5:0. Oyun bu hesabla başa çatıb.
Qrupun digər oyununda Avstriya öz meydançasında Estoniyaya qalib gəlib - 2:1.
F qrupunda mübarizə aparan Azərbaycan futbolçuları birinci turda səfərdə Avstriyaya məğlub olublar - 1:4. İsveç isə öz evində Belçikaya uduzub - 0:3.
Xəbər lenti
0